Raqub Məmmədov təcili Bakıya çağırılıb?

Oktyabrın 17-də vəzifəsindən azad edilən mili təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamları nazirlikdə baş vermiş neqativ hallarla bağlı istintaqa dəvət edilir. Həbs olunanlar var. Həbs edilməyənlər isə istintaqa dəvət edilərək ifadələri alınır və onlardan ölkəni tərk etməmək barədə iltizam götürülür.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyada bildirilir ki, Ağdamın icra başçısı Raqub Məmmədov da istintaqa dəvət edilənlər arasındandır. Məlumat verən mənbə iddia edir ki, son 2 gündə ondan Bakıdane uzaqlaşmamaq şərtilə bir neçə dəfə ifadə alınıb. İcra başçısının vəzifəsində qalmasını yerlərdə tabeçiliyində olan məmurlara təzyiq kimi qiymətləndirildiyindən qeyri-rəsmi İcra Hakimiyyətindən uzaq durması da tapşırılıb. Məlumatlara əsasən Raqub Məmmədov 1993-cü ildən 2014-cü ilə qədər, yəni icra başçısı təyin olunana qədər Eldar Mahmudovun tapşırıqları ilə sahibkarlara qarşı bir sıra təzyiqlər edib. Məhz Tərtər rayonunda MTN-nin idarə rəisi işlədiyi dövrlərdə ondan şikayətçi olan sahibkarların, iş adamlarının şikayətlərinə dair məqamların araşdırıldığı bildirilir.
Onu da əlavə edək ki, Raqub Məmmədov cəmi 1 ildir ki, icra başçısı vəzifəsində işləyir, onun bundan əvvələr işlədjiyi iş yerləri isə birbaşa MTN-də məsul vəzifələr olub. Bu baxımdan da mənbəmiz israr edir ki, Raqub Məmmədov məhz MTN olayları ilə bağlı dindirilən şəxslər arasındadır. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
575 dəfə oxundu