Himayəsiz Qalan Laçının icra blaşçısı vəzifəsini itirir MÜHİM GƏLİŞMƏ

Himayəsiz Qalan Laçının icra blaşçısı vəzifəsini itirir


Laçın rayon icra hakimiyyətinin icra başçısı Akif Səlimov seçki prossesindən sonra vəzifəsi ilə vidalaşmalı olacaq icra başçılarının siyahısında ön sıralarda qərarlaşıb. Himayədarlarının dəstəyindən məhrum olan icra başçısı ilə bağlı qərar yaxın günlərdə veriləcək.

GUNDEMİNFO.AZ-a daxil olan informasiyalara əsasən icra başçısı ilə bağlı olaraq qərar artıq verilib. Akif Səlimovun əsas himayədarlarından biri olan Sumqayıtın icra başçısı artıq ondan imtina edib. İnformasiyada bildirilir ki, Abşeron rayonundakı imkanlarını itirəndən sonra Zakir Fərəcov həm də digər şaxələnmiş adamlarını da qorumaqda aciz duruma düşürülüb. Qardaşı Nazim Fərəcovun Laçın rayonundan təkrar olaraq deputat seçilə bilməməsi də bu arqumentlərə əlaıvə edilir. Bildirilir ki, Yeni Azərbaycan Partiyasının siyahısında icra başçısınını qardaşı Nazim Fərəcovun adının olmaması buna sübutdur.

GUNDEMİNFO.AZ-a danışan mənbə bildirir ki, Sumqayıt kimi böyük bir yerə icra başçısı təyin edilən Zakir Fərəcova əslində şərt qoyulub ki, himayəsində olan digər postlarından əlini çəksin. Bu postlardan biri Laçının icra başçısı, digəri isə Laçının deputatı postlarıdır. Artıq deputatlıq itirilib. Mənbə bildirir ki, Laçının icra başçısı Akif Səlimov yaxın günlərdə başçı postundan çıxarılaraq pensiyaya göndəriləcək.

Araşdırmalarımız davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...