Kürdəmirin icra başçısı çətin durumda, istefa verir, qəbul olunmur

Kürdəmir rayonun icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bir neçə gündür ki, işdən azad edilməsi üçün yuxarılara müraciət etsə də, onu qəbul edən yoxdur. GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, icra başçısı yaxın günlərdə işdən atılacağını bildiyindən, öncədən özü ərizəsi ilə işdən uzaqlaşdırılmasını xahiş etmək istəyir. Lakin onun müraciətləri qəbul olunmur.
Məlumat verən mənbə iddia edir ki, icra başçısı Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbsindən sonra ciddi təşviş içindədir. Vidadi Zeynalovla yaxın qohum olan Ceyhun Cəfərov çalışır ki, onun yaxın qohumu il əvə MTN-dəki həbs edilən dəstə ilə əlaqələri üzə çıxmasın. Mənbə məlumat verir ki, son günlər icra başçısı bir neçə dəfə Bakıdakı tanınmış səhiyyə ocaqlarından birinə baş vuraraq özünə «səhhəti ilə bağlı ciddi problemlər» olmasına dair arayış hazırlatmaq istəyir.
O, yaxın ətrafını ürək-damar çatışmazlığı probleminin gərginləşdiyinə inandırmaqla, həm də rəsmi sənəd alaraq yuxarılara təqdim etmək istəyir. GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, Ceyhun Cəfərovun bu cəhdləri də faydasız olub və ona heç bir arayış hazırplanmayıb. Mövzu ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
425 dəfə oxundu