Əhliman Əmiraslanovun yerinə Sabir Əliyev rektor təyin olunur - Eksküliziv

Əhliman Əmiraslanovun yerinə Sabir Əliyev rektor təyin olunur -


Parlament seçkilərində 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov artıq Tibb Universitetindəki vəzifəsi ilə vidalaşır. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən artıq dünən Əhliman Əmiraslanovun köməkçisi Rafiq Bayramov Universitetə gələrək rektorun otağını boşaltmağa başlayıb.

Qanunvericiliyə görə, Əhliman Əmiraslanovun deputat seçilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin verəcəyi qərarla rektor öz səlahiyyətlərini itirmiş olacaq. Universitetdəki qaynaqlardan aldığımız informasiyaya əsasən yaxın günlərdə hazırda Tibb Universitetində tədris işləri üzrə prorektor işləyən Sabir Əliyev rektor vəzifəsinə təyin ediləcək. Məlumatlarda bildirilir ki, 71 yaşlı Sabir Əliyev elə bu ali təhsil ocağında müalicə-proflaktika fakultəsinin məzunu olub.

GUNDEMİNFO.AZ-a danışan mənbə bildirir ki, Sabir Əliyev «Seçki məcəlləsi»nin tələblərinə uyğun olaraq səlahiyyətlərini itirmiş Əhliman Əmiraslanovun səlahiyyətlərini icra edərkən fakultə dekalarına və kafedra müdirlərinə rektor olacağı ilə bağlı açıq mesajlar verib.

Onu da əlavə edək ki, universitetlərə təyin dövlət başçısının sərəncamı ilə həyata keçirilir. Və hazırda 4 ali təhsil ocağının rektoru deputat seçkilərində qalib gəldiklərinə görə, tutduqları vəzifələrdən azad olunacaqlar. Bu barədə hakim Yeni Azərbaycan Partiyasından da açıqlamalar verilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...