"Qarasu" Əməliyyat Şirkətində fəhlələri niyə ac qoyublar? ÖZƏL

"Qarasu" Əməliyyat Şirkətində fəhlələri niyə ac qoyublar?


GUNDEMİNFO.AZ-ın redaksiyasına Şirvandan olan bir qrup sakin tərəfindən şikayət məktubu daxil olub. Şikayətçilər Qarasu Əməliyyat Şirkətində almalı olduqları aylıq 50 azn yeməkpullarının mənimsəndiyini iddia edirlər. Fəhlələr bildirir ki, may ayından bəri almalı olduqları yeməkpulları kəsilib. Dünən noyabrın 4-də fəhlələr yenidən rəhbərliyə müraciət edərək pullarını almaq istəyiblər. Lakin şirkətin rəhbəri Arif Alaşov onlara deyib ki, dünyada neftin qiyməti düşdüyünə görə yeməkpulları kəsilib. Ayda cəmi 280 manat əmək haqqı alan fəhlələr narazələq edirlər və etiraz edirlər ki, bu Arif Alaşovun təzə uydurmasıdır. Onlar şirkətdə əlavə xərclərə yol verildiyi qənaətindədirlər.

Qarasu Əməliyyat Şirkətinin narazı fəhlələri rəhbərliyə çıxış yolu da göstəriblər. Onlar gəlirlərin azaldığı bir vaxtda şirkətin daxilində olan GTS Alyans şirkətinin fəazliyyətinin dayandırılmasını istəyiblər. Lakin aldıqları cavab belə olub ki, GTC Alyans yüksək çinli bir məmura məxsusdur dz həmin şirkəti çıxarsalar onda hamı işini itirə bilər. Narazı fəhlələr iddia edirlər ki, Arif Alaşov onları aldadır. "Bir traktorun "qaykası"na 3000 min manat pul silən adam, şirkətə məxsus boruları kəsib apararaq özünə istixana quran, Bakıda böyük obyektləri olan Arif Alaşov indi də bizim qəpik-quruşumuza, çörəkpulumuza göz dikib" deyə GHUNDEMİNFO.AZ-a yazır narazı fəhlələr.

Onu da əlavə edək ki, söhbət 1200 işçiyə verilməşli olan 60 manatdan gedir. Hər halda bu da kifayət qədər ciddi məbləğ deməkdir. Qarşı tərəfdən mövzu ilə bağlı mövqe öyrənməyə çalışırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...