İsmayıllının icra başçısı seçkiyə görə işini itirə bilər - ÖZƏL

İsmayıllının icra başçısı seçkiyə görə işini itirə bilər -


İsmayıllı rayonunda seçkilərlə bağlı əhali arasında narazılıq yaranıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Rayon İcra Hakimiyyətinin seçkilərin təşkili və seçkiyə müdaxilə halları ilə bağlı ən yüksək səviyyədə aparılan araşdırmaların sonucları artıq bəllidir. Seçkilərin təşkili, beynəlxalq müşahidəçilərin qarşılanması və digər texnqiki problemlərlə bağlı olaraq8 narazılıqlar yaranıb. Eyni zamanda yerli icra hakimiyyətinin hakim paritya ilə bağlı texniki dəstək işləri də kifayət qədər aşağı səviyyədə olub.

Məlumat verən mənbə iddia edir ki, İsmayıllı rayonu seçkilərdə hakim partiya tərəfindən müşahidəçi irəli sürülən ən az rayonlardan biri olub. Rayonun seçki məntəqələrində demək olar ki, seçki komissiyalarının üzvləri iştirak ediblər. Alternativ mühitin formalaşmasında rayon ictimayyəti ilə işin təşkilinin çox aşağı səviyyədə olması yuxarıların da diqqətini çəkib.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, seçki məntəqələrində texniki təchizat işləri də kifayət qədər aşağı olub. Elə məntəqələr olub ki, elektrik enerjisinin olmaması səbəbindən işini yarımçıq qoymalı olub. İnformasiyalara görə, rayon ərazisindəki DSK üçün nəzərdə tutulmuş generatorlar da yoxa çıxıbmış.

Həmçinin bildirilir Mirdamət Sadıqov faktiki olaraq seçki prossesinə heç bir töhvə verə bilməyib. Təbii ki, söhbət burada icra hakimiyyətinin seçkinin təşkili ilə bağlı prosseslərdə qənaətbəxş işləyə bilməməsindən gedir. Məlumatlara görə, seçkilərin keçirilməsi üçün müvafiq olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyən başçılar arasında Mirdamət sadıqov birinci yerdə dayanır. Bu səbəbdən də onun ən yaxın zamanlarda işdən atılacağı gözlənilər.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...