Lütfəli Babayev icra başçısı postundan çıxarılır - İlginc gəlişmə

Zərdabın icra başçısı Lütvəli Babayev vəzifəsindən azad ediləcək. Hazırda məzuniyyətdə olan icra başçısının işi ilə vidalaşacağı barədə informasiyalar var. GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, rotasiya qaydasında 5 illik işini başa çatdıran Lütvəli Babayevin daha yüksək vəzifəyə təyinat alacağı barədə məlumatlar yayılıb. Xəbər qaynağımız deyir ki, Lütfəli Babayev özü rayon əhalisi arasında şaiə yayıb ki, daha yüksək vəzifəyə gedəcək.
Məlumatın ən maraqlı məqamı ondan ibarətdir ki, Zərdabda icra başçısı postuna təyin ediləcək namizədlər arasında Lütfəli Babayevin sabiq müavini Allahverdi Səfərovun adı çəkilir. Allahverdi Səfərov icra başçısının müavini vəzifəsindən oğlunun rayon ərazisində «avtoşluq» etməsinə görə çıxarılıb.
Bundan başqa informasiyalarda deyilir ki, Zərdabın icra başçısı ilə Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinin rəisi arasında d ciddi konfilikt baş verməkdədir. Hətta uzun illər baş verən bu konfiliktlərlərlə bağlı araşdırmaların aparılacağı da gözlənilir. Mövzu ilə bağlı dəqiqləşdirmələr aparırıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
1231 dəfə oxundu