Məcburi köçkünlər Niyazi Bayramovdan prezidentə şikayət etdilər "dözülməzdir"

Məcburi köçkünlər Niyazi Bayramovdan prezidentə şikayət etdilər


Mingəçevir şəhər Əhaliyə Xidmət qarajında müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri Moderator.az-a müraciət ünvanlayıblar.

Keçmiş polis işçisi Əliyev Seyfəli, Nərimanova Şəmsiyyə, Əliyeva Əntiqə, Nərimanova Məxmər, Pirəliyev Tofiq, həmçinin Laçın rayonundan məcburi köçkün Muradov İlyas tərəfindən imzalanan müraciətdə bildirilir ki, Hikmət adlı şəxs heç bir xəbərdarlıq etmədən yaşadıqları ərazini altı metr hündürlükdə daş hasarla mühasirəyə alıb, evə giriş-çıxışı tam məhdudlaşdırıb.

Müraciəti təqdim edirik:

"1993-cü ilin aprel ayından adı çəkilən ərazidə məskunlaşmışıq. Bir neçə ay bundan öncə tanımadığımız Hikmət adında şəxs heç bir xəbərdarlıq etmədən yaşadığımız ərazini altı metr hündürlükdə daş hasarla mühasirəyə almış, evə giriş-çıxışı tam məhdudlaşdırmışdır. Yaşadığımız bina ilə mühasirəyə alınmış hasarın arası 1 metrdən az məsafədədir. Evdə tam havasızlıq yaranıb, bu havasızlıqla əlaqəli sakinlərdən dəfələrlə ağır xəstələnənlərimiz olub, havasızlığa görə təzyiq xəstəliyi yaranıb, təcili yardıma zəng etməyə isə xəcalət çəkirik. Evin qarşısında hasar çəkiləndə ekskvatorlar yeri qazan zaman silkələnməkdən evin dam örtüyündən beton panellər aralanıb və evin dam örtüyünün şiferləri çartlayıb və qırılıb. Buna görə iki-üç gündür ki, yağan yağışın əksər hissəsi evin içinə dolub, bütün mitillər və əşyalar su içindədir.

Dəfələrlə ərazidə tikinti aparan naməlum şirkətin nümayəndələrinə, o cümlədən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova şifahi və yazılı müraciətlər etmişik. Ancaq bunlar qanunları ayaqlar altına ataraq şəxsi istəklərini həyata keçiriblər. İcra başçısı çox hörmətli cənab Prezidentin tapşırıq və göstərişlərini demək olar ki, icra etmir. Şikayətlərimiz cavabsız qaldığına görə üzləşdiyimiz haqsızlıqla bağlı media vasitəsiylə hörmətli Prezidentimizdən kömək istəyirik. İnanırıq ki, yaşadığımız bu acınacaqlı şəraitə cənab İlham Əliyevin şəxsi müdaxiləsi nəticəsində son qoyulacaq. Buradakı ailələr qaçqınlar və məcburi köçkünlər üçün yeni salınmış hündürmərtəbəli binalardan evlərlə təmin olunacaq. Həmçinin vəzifə səlahiyyətlərini aşan və özlərini kiçik padşah hesab edən məmurlar ciddi cəzalandırılacaq.Hörmətli cənab Prezident, Sizə öncədən təşəkkür edirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...