Azərbaycan rəsmən «üzən məzənnə»yə keçidə hazırlaşır - BİZİM ŞƏRH

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir. Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.
Müzakirələr zamanı qərar qəbul edilərsə, ölkədə dövriyyədə olan pul kütləsinin böyük bir həcmi Mərkəzi Bankda cəmlənəcək. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranmış riskləri və itirilmiş maliyyə vəsaitlərini bərpa etmək üçün «üzən məzənnə» siyasətinə hazırlıq prosesi başlayır.
Məlumata əsasən Mərkəzi Bank kapitalını 50 dəfə artırmaqla dövriyyəyə tam nəzarət imkanları əldə etmək istəyir. Ekspertlərin fikirincə bir neçə gün öncə Milli Məclisdə büdcə müzakirələri zamanı təklif edilən «üzən məzənnə» siyasətinə keçid məsələsi bu layihənin təsdiqi ilə tətbiq edilməyə başlayacaq. Ekspertlər düşünür ki, bu məsələdə hökumət boşluqları və itkiləri sığortalamaq niyyətindədir. Lakin bu siyasətlə daxildəki bir sıra kommersiya bankları rəqabət qabiliyyətini itirəcək və iflasa uğramaq zorunda qalacaq.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyalara əsasən MB-də növğəti devalvasiyanın qarşısını almaq üçün aparılan proflaktik tədbirlərdən biri də bundan ibarətdir. Yəni dövriyyədəki pul kütləsinin ən azı 40 faizinə nəzarət etməklə mümkün riskləri idarə etmək. Məlumatlara əsasən prossesə dekabr ayından başlana bilər. Xüsusilə də ilin yekunu olaraq cari ilin büdcə icrası ilə defsitləri sığortalamaq üçün belə bir addım atıla bilər. Məlumatlara əsasən bununla bağlı artıq tədbirlər planı da təsdiq edilib. Təsdiq edilmiş yol planına görə, Mərkəzi Bankın dövriyyədə olan vəsaitləri idarə etmək qərara alınıb.
Bununla belə müşahidəçilərin rəyinə görə, prossesdə Azərbaycan vətəndaşları, xüsusilə orta sahibkarlıqla məşğul olan iş adamları əziyyət çəkəcəklər. «Üzən məzənnə» siyasəti ölkənin daxili bazarındakı ərzaq və yüngül sənaye məhsullarının da qiymətlərinin dinamik olaraq mənfi və müsbət meyillərlə dəyişəcəyinə səbəb ola bilər.
413 dəfə oxundu