Vidadi İsayevdən şikayətçi sahibkarlar Bakıya gəlir Narazılıq pik həddə!

Vidadi İsayevdən şikayətçi sahibkarlar Bakıya gəlir


GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Bərdə rayon icra hakimiyyətinin icra başçısı Vidadi İsayevdən narazı olan sahibkarlar Bakıya yollanacaqlar. Onlar illərdir ki, haqlarının tapdanmasına, icra başçısının yaxın adamları tərəfindən təzyiqlərə məruz qalmasına görə, dövlət başçısına şikayət edə bilmək üçün Bakıya gəlməyi qərarlaşdırıblar. Sahibkarlar deyir ki, illərdir ki, rayondan kollektiv və fərdi qaydada yazdıqları şikayətlərinə baxan yoxdur. Onların yazdıqları şikayətləri rayon poçtunda yoxa çıxarırlar. Adətən şikayətlərin baxılması üçün Bakıdan gələn cavablarda da icra başçısına yönləndirilir. Bununla da başçı ondan şikayət edə niş adamlarının kim olduğunu öyrənir və təzyiqlərə başlayır.

Özünü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın dostu kimi təqdim edən Vidadi İsayev hər yerdə iddia edir ki, ondan heç bir KİV orqanı yaza bilməz. Başçı düşünür ki, ondan yazanlar reketlərdir. Lakin konket olaraq rayon ərazisində məskunlaşan məcburi köçkünlərin, Bərdə şəhərinin mərkəzində etiraz edən qəssabların və onlarla fermerin kənd təsərrüfatı problemləri ilə bağlı olaraq narazılıqlar həddən artıq çoxdur.

GUNDEMİNFO.AZ-a müraciət edən sahibkarlar bildirirlər ki, dövlət başçısının son zamanlar sahibkarların müdafiəsi üçün ortaya qoyduğu şəxsi iradəsinə dəstək olmaq və ondan kömək istəmək üçün Bakıya gəlməyə hazırlaşır. daşlar da var. Onlar da şikayət edirlər ki, taksi xidməti göstərdiklərinə görə, hətta yerli icra hakimiyyəti məmurlarına «haqq» vermək məcburiyyətindədirlər.

Mövzuilə bağlı detallı araşdırmalarımız davam edəcək. Bizi izləyin.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...