MTN olayları və parlament seçkilərinin sonucları - BİZİM ŞƏRH

Azərbaycanda oktyabr ayının 17-dən etibarən milli təhlükəsizlik naziri nin işdən azad edilməsi və bu qurumda baş verən həbslər ölkədə bir çox dəncələri dəyişdi. İllərlə mövcud olan bütün tabular sındı. MTN-nin daxilində böyük bir şəbəkənin əslində Azərbaycanda mili təhlükəsizliyimizə ağır təhlükə vuran mili sahibkarlığı basqı altında saxlamasına dair məqamlar üzə çıxdı.
Və bununla da baş verən həbslərdən sonra xeyli gizlinlər ortaya çıxdı. Böyük biznes imperiyası bir anda bütün ölkə ictimayyətinin gözləri önündə yıxılmağa başladı. Nəticə etibarilə də, baş vermiş iqtisadi cinayətlərdən dolayı siyasi cinayətlər də ortaya çıxdı.
Amma alt yapıda səbəbsiz olmayan siyasi biznesmenlər, hətta deputatlar da ortaya çıxdılar. İllərlə Eldar Mahmudovun adı ilə lovğalanan, istədikləri adamları hədələyən, cibində deputat mandatı gəzdirərək bütün qohum-qardaşını biznesmenə «çevirən» siyasilərin də kitabı bağlandı. Siyasi sonluq Milli Məclisə keçirilən seçkilərlə bağlı oldu. Nəiticələr onunla bağlı oldu ki, burada ortada olan deputatlar bir sıra məqamlar da ortaya çıxdı. Nəticə etibarilə seçkiyə buraxılmayanlar, seçkidən sonra deputat mandatı ala bilməyənlər oldu. Ortada olan faktlar ondan ibarətdir ki, indii həmin adamlar gözlənilən etirazları da sərgiləmirlər. Çünki bilirlər ki, onların illərlə həyata keçirdikləri siyasi və iqtisadi missiya başa çatıb.
Eldar Mahmudovun deputatlarını, partiya sədrlərini, QHT rəhbərlərini, hətta jurnalistlərini belə bu ölkədə tanımayan yoxdur. Onların da kitabı artıq bağlanıb. Parlameqnt seçkilərinin sonucu olaraq MTN-də dosyesi olan agent «siyasilər» artıq yoxdurlar. Çox qısa zamanda onların sadə insanları aldadaraq siyasi liderə çevrilmələri, hətta o insanların üzərindən özlərinə və ailə üzvlərinə böyük biznes imperiyası quranların da sonu çatdı ARTIQ!!!
Bununla da ölkədə yalançı, riyakar, xalqın adından danışıb, yekələnən, siyasi liderciklər artıq arxiv oldular. Tarix ola bilmədilər. Çünki onların olduğu yerdə tarix yazılmır. Çünki tarix ələk kimi hər şeyi ələyərək ortaya çıxarır və dəyərli olanları saxlayır. Məsələ burasındadır ki, indii onların sayı o qədər çoxdur ki, prosses sürətlə davam edəcək. Və bu prossesdən də yenə qazanan Azərbaycan olacaq. Ya zəlzələdən, ya da vəlvələdən - Azərbaycanın MİLLİ TƏHLÜKƏMİZLİYİ üçün ən böyük təhlükə elə bu siyasi «liderciklər» idilər.
Razi ABASBƏYLİ
1014 dəfə oxundu