Rza İbadov Zaminbank-ı geri almağa gəlir - əsas səhmdar olacaq

Rza İbadov Zaminbank-ı geri almağa gəlir -


Rza İbadov barəsində olan axtarış işinə Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qərarı ilə xitam verilib. Sabiq deputat yaxın günlərdə Azərbaycana gələcəyini bildirib. “Mənim üzərimdən axtarış qərarının götürülməsinə görə cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin bu işdə köməyi keçmiş hər kəsə təşəkkür edirəm”. R. İbadov bəyan edib ki, bu illər ərzində Azərbaycandan kənarda yaşasa da, həmişə dövlət başçısına sadiq olub: “Mən son 10 ildə xarici ölkədə yaşasam da, həmişə prezident İlham Əliyevə sadiq olmuşam. Son 25 il ərzində içində olduğum siyasi proseslərdə həmişə bu xətti yürütmüşəm. Bir–iki həftəyə Bakıya qayıdacağam”.

Qeyd edək ki, Rza İbadov 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib. 1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının sədri olub.

O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.

2010-cu ildə parlament seçkilərindən sonra ona Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət işi başlanıb. Bu zaman Rza İbadov Londona gedib. Onun barəsində axtarış elan edilib.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Rza İbadov Azərbaycanda bank sektorunda mühim işlər görmək üçün dəvət edilir. Londonda yaşadığı dövrlərdə marketing işi ilə məşğul olan İbadov orada böyük uğurlara imza atıb. Azərbaycan dövlətini yüksək səviyyədə təmsil edən Rza İbadov həm də bir çox humanitar aksiyaların təşkilatçısı olub. Dünyanın nifuzlu maliyyə təşkilatlarının reytinqində Rza İbadov yüksək ödüllərə layiq görülüb. Və maliyyə sektorundakı uğurları ilə yanaşı, onun ölkədən kənarda yaşadığı dövrlərdə Azərbaycan dövlətini, dövlət başçısının siyasətinə sadiq qaldığı hakimiyyət dairələrinin diqqətini çəkib.

Ölkənin bank sektorunda yaranmış son böhranlı vəziyyətlə əlaqədar dövlət başçısı Rza İbadovun Azərbaycana dönməsinə razılıq verib. İnformasiyaya əsasən Rza İbadov uzun illər əsas payçılarından olduğu Zaminbank-a rəhbər kimi Azərbaycana dönəcək. Onun bank sistemində böyük təcrübəyə malik olması və ehtimalla ki, uğurlar əldə edəcəyi gözləniləndir.

Məlumatlara əsasən hazırda Zaminbank-ın səhmdarlarından olan İbadov qardaşlarının hüquqlarının bərpası ilə bağlı yığıncaq keçirilməsi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...