MTN-in daha iki generalı həbs edilə bilər ilginc iddia

MTN-in daha iki generalı həbs edilə bilər


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib

Trend-in məlumatına görə, bir müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov nazirlikdən xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.

Toplanmış marerialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunması bu generalların həbsini qaçılmaz edir. MTN-dəki cinayətkar şəbəkənin əsas fiqurantlarından biri olan Akif Çovdarovun həbsinə hazırlıqlar isə müəyyən qədər Eldar Mahmudovun da taleyinə aydınlıq gətirir. Başabəla general Akif Çovdarov Eldar Mahmudovun “sağ əli” və kassiri hesab olunur və buna dair istənilən qədər fakt var. Belə olduğu halda A.Çovdarovun həbsə atılması, Eldar Mahmudovun isə azadlıqda qalacağı inandırıcı deyil. Çox böyük ehtimalla, Akif Çovdarov və ətrafının qandallanmasından verəcəkləri ifadələr əsasında Eldar Mahmudov barəsində də qərar qəbul olunacaq.

Başqa sözlə, Eldar Mahmudovun həbsinə hazırlıq başladığını iddia etmək üçün yetərincə əsaslar var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...