Vidadi İsayevi Eldar Mahmudovla nə bağlayır? - Mühim məqam

Bərdənin icra başçısı ilə bağlı GUNDEMİNFO.AZ-a ilginc informasiya daxil olub. Məlumatlara əsasən Bərdəninicra başçısı Vidadi İsayevlə sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudovun məxfi işbirliyi aşkarlanıb. Ölkənin strateji rayonlarından olan Bərdə şəhəri demək olar ki, əsas cəbhə rayonlarının paytaxtı kimi tanınır. Cəbhə boyunca yerləşən Aran Qarabağ rayonlarından olan bir çox icra başçıları Vidadi İsayevə «ağsaqqal» kimi yanaşıblar. Və eyni zamanda Kəlbəcərdən, Ağdamdan olan məcburi köçkünlərin, həmçinin də digər işğal edilmiş rayonlardan olan xeyli sayda əhali Bərdədə məskunlaşıb. Yerli mediada Bərdədə məskunlaşan məcburi köçkünlərin yaşadıqları problemlərlə bağlı çox yazılıb. Həm də Gundeminfo.az-da da bu barədə dəfələrlə məlumat vermişik.
Aldığımız bilgilərə görə, mili təhlükəsizlik baxımından kifayət qədər strateji rayon olan Bərdədə vəzxiyyət heç də abad deyil. Daxil olan informasiyalarda icra başçısı Vidadi İsayevin yerli sahibkarlarla təmaslarında yol verdiyi təzyiqlər araşdırılır. Gələn xəbərlərdə söylənilir ki, Vidadi İsayev Bərdənin strateji əhəmiyyəti baxımından əldə etdiyi əlahiddə statusundan istifadə etməklə rayonda sahibkarlara təzyiqlər edib.
Məlumata əsasən icra başçısının basqı göstərdiyi sahibkarlar artıq kollektiv surətdə Bakıya şikayət etməyə başlayıblar. Məhz Vidadi İsayevin sabiq nazir Eldar Mahmudovla şəxsi dostluq münasibətlərinin olması səbəbindən «gördüyü işlərin» də hesab-kitabı sorğulanır. Qeyd edək ki, yerli mətbuatda V.İsayevin tabeçiliyində olan məmurların büdcə vəsaitlərinin istifadəsi ilə bağlı da dəfələrlə şübhəli xəbərlər yayılıb.
GUNDEMİNFO.AZ-a daxil olan ən son məlumatlarda deyilir ki, artıq Hesablama Palatasının əməkdaşları 2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Rayon İcra Hakimiyyətlərində yoxlamalara qərar verib. Və ilk yoxlamalar da elə Bərdə və Füzuli rayonlarında aparılmağa başlayıb. Mövzu ilə bağlı əlavə bilgiləri təqdim edəcəyik.
614 dəfə oxundu