Rektor Eldar Mahmudova necə girov düşüb? ŞOK İDDİA

Rektor Eldar Mahmudova necə girov düşüb?


Azərbaycan Dövlət Pedaqoji universitetinin rektoru Yusif Məmmədovun adı daha bir qalmaqalda hallanır. Bu barədə DİA.AZ-ın elektron poçtuna daxil olan xəbərdə deyilir. Belə ki, rektorun adı məlum "MTN işi"ndə hallandırılır. Məlumatı verən mənbə iddia edir ki, əslində hörmətli rektorun keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovla münasibətlərinin yaranma səbəbləri ilə bağlı dpgər hüquq-mühafizə orqanları da məlumatlı olublar.

Xəbəri verən qaynaq iddia edir ki, ADPU-da bir neçə il əvvəl baş verən tələbə qiyamını təhsil nazirliyindən sonra MTN "araşdırmağa" başlayıb. Mənbənin dia.az-a söylədikləri: "Təbii ki, bu "araşdırma" rektora baha başa oturub. Və "araşdırma"dan sonra Eldar Mahmudva biət edən Yusif Məmmədov onun himayəsi altına keçməklə yanaşı sabiq MTN şefinə mövsümi ödəmələr etmək zorunda da qalıb".

Mənbə Azərbaycan Dövlət Pedaqoji universitetinin rektoru Yusif Məmmədovun bu ilişgi nəticəsində bu günə kimi 2 milyon manata yaxın pulu MTN-ə "qapdırdığını" da xüsusi olaraq vurğulayır: "Belə olan şəraitdə təhsil nazirliyi belə rektora "gözün üstündə qaşın var" demək hüququndan məhrum edildiyindən tərəflər dünənə qədər münasibətlərindən məmnun olublar". Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırırq. Əlavə bilgilərimiz olacaq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...