Əlövsət İsmayılov ilə Eldar Mahmudovu bağlayan gizli tellər - FOTOLAR
GUNDEMİNFO.AZ bildirir ki, Qafqaznews.az saytı bir müddət əvvəl Nəsimi RPİ-nin DYPŞ-nin baş inspeketoru polis mayoru Əlövsət İsmayılov və onun oğlu Nəsimi RPİ-nin 20- ci polis bölməsinin polis serjantı Rauf İsmayılov barədə yazı dərc etmişdi. Qısa xatırlatma üçün bildirək ki, yazıdan bəlli olurdu ki, Rauf İsmayılovun atası nazirlərdən biri ilə qohumdur. Bu qohumluq Rauf İsmayılovun atasını tez bir vaxtda yüksək rütbəli məmurdib.
Məqalədə o da qeyd olunurdu ki, DİN-in Polis Akademiyasının 1-ci kurs tələbəsi olan Rauf İsmayılov polis serjantı olmasına baxmayaraq gecələr tüfeyli həyat sürən dostları ilə kef çəkərək DİN əməkdaşı adına yaraşmayan fotolar çəkdirərək sosial şəbəkələrdə paylaşır. Rauf İsmayılovun qardaşı Maqa ləqəbli Məhəmməd İsmayılovun isə sosial şəbəkələrdə paylaşdığı fotolardan məlum olur ki, Maqa şəhərdə “avtoş” tipli “papa balaları”na bənzəyir.

Son vaxtlar dərc edilən digər məqalə isə MTN-nin Tərtər şöbəsinin rəisi Anar Əzizovun köhnə qayda ilə “aylıq” yığmasından bəhs edirdi. Qısaca bildirək ki, son vaxtlar Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən dəhşətli olaylara baxmayaraq MTN-nin Tərtər rayon şöbəsinin rəisi Anar Əzizov öz əməllərini davam etdirir. Və deyir ki, verdiyim 150 min manatı çıxartmalıyam. …

Aldığımız sonuncu məlumata görə, Əlövsət İsmayılov əslən Tərtərdəndir. Hətta bu yaxınlarda Əlövsət İsmayılovun Tərtər rayonuna Anar Əzizovun tapşırığı ilə getdiyi barədə də bizə məlumat daxil olub. Anar Əzizov Əlövsət İsmayılova tapşırıq verib ki, qafqaznews.az saytında mənimlə bağlı silsilə yazılar dərc olunur,ancaq bizdə vəziyyət ağır olduğu üçün bunun qarşısını ala bilmirəm. Ona görə də bu yazıların qarşısının alınmasını sənə tapşırıram ki, Bakıya qayıdan kimi həmin saytı məhkəməyə ver.
Apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, Əlövsət İsmayılov hazırkı vəzifəsindən əvvəl Bakı DYPİ-də xidmət edərək prezidentin kortejini müşaiyət edib. Sonradan xidmətdə buraxdığı ciddi nöqsanlara və Eldar Mahmudovun əhatəsinə məlumat verdiyinə görə işdən uzaqlaşdırılıb. Çox güman ki, Əlövsət İsmayılov axıracan Anar Əzizovun əmrlərini yerinə yetirmək məcburiyyətindədir. Çünki əks halda Anar Əzizov onun barəsindəki “material”ı mətbuata ötürəcək.
2498 dəfə oxundu