Bərdədə Heydər Əliyevin tikdirdiyi bulaqları sökdülər İLGİNC İDDİA

Bərdədə Heydər Əliyevin tikdirdiyi bulaqları sökdülər


70-ci illərdə inşa edilmiş içməli su mənbələrinin sökülməsinin səbəbi kimi, rəhbərliyin sabiq prezidentdən xoşlanmaması göstərilir.

Bərdə rayonunda 70-ci illərdə Heydər Əliyev tərəfindən inşa edilmiş bulaqların hamısını söküblər. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı Zahid Mikayılov Facebook sosial şəbəkəsində yayıb. Mikayılovun yaydığı xəbərdə deyilir ki, söküntü işlərinin bir qismini Bərdə rayon Məhkəməsinin sədri Ağarza Səmədov həyata keçirib. Belə ki, o, məhkəmə binasının qarşısındakı bulaqları dağıtdırıb və bunu ümumi görünüşə xələl gətirdiyi ilə əsaslandırıb.

Lakin Zahid Mikaylov iddiə edir ki, bulaqların sökülməsinin səbəbi heç də hakimin dediyi kimi deyil. Onun sözlərinə görə, təkcə Ağarza Mikayılov yox, ümumilikdə Bərdə rayonuna rəhbərlik edənlərin Heydər Əliyevdən xoşları gəlmir və o səbəbdən də sabiq prezidentlə bağlı bütün izlər məhv edilir. Qarşı tərəfi dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...