ARZU RƏHİMOV HAQDA İLGİNC İDDİALAR - ölkədə ordunu səfərbər edəcək adamdan...

ARZU RƏHİMOV HAQDA İLGİNC İDDİALAR -


Bu gün Azərbaycanı çox təhlükəli oyunlara çəkmək istəyirlər. Bu bir faktdır. Regionumuz qaynayır. Azərbaycanla həmsərhəd olan və açıq müharibə şəraitində olmayan elə bir dövlətin mövcud olmaması da durumumuzun gərginliyindən, Azərbaycana düşmən kənar güclərin hər an ölkəmizdə təxribat yaratamağa həvəsli görünməyindən xəbər verir.

Dünya ilə anlaşa bilməyən İranın, Rusiya ilə sözü çəp gələn Türkiyənin, Ukraynada, Moldovada, Gürcüstanda, Ermənistanda, Suriyada və daha bir neçə ünvanda açıq savaşda olan Rusiyanın, torpaqlarının tən yarısı işğal altında olan Gürcüstanın hazırki durumları və Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş Ermənistanın enində-sonunda Qarabağın hesabını vermək zorunda qalması faktları belə deməyə asas yaradır ki, bütün çevrəsi qana çalxalanan Azərbaycan nəinki silahını əlindən yerə qoymamalıdır, hər an böyük miqyaslı savaşlara hazır olmalıdır.

Əslində bu gün Azərbaycanı idarə edən qüvvələr də qeyd olunan məqamın tam fərqindədirlər. Son çıxışlarında prezident İlham Əliyevin vəziyyətin günü-gündən pisləşməsindən, siyasi münasibətlərin hərbi münaqişələrə çevrilməsindən ifadə etdiyi narahatçılıqlar da belə deməyə əsas yaradır.

Azərbaycan gərginliklərə hazır olmaq zorundadır. Və bu zorunluğun səbəbi bu gün Azərbaycan hakimiyyətinin də daha çevik və mobil bir komandaya çevrilməsini zəruriləşdiririr. Məhz bu zərurətin nəticəsi idi ki, Azərbaycanda ordunun başına Zakir Həsənov kimi bir fiqur gətirildi.

Nazir təyin olunandan sonra Azərbaycanın ilk olaraq müdafiə sisteminin yararlılığını gözdən keçirən və ardından da Müdafiə Nazirliyinin ənənəvi ürkək xarakterini dəyişərək MÜDAFİƏ YOX, HÜCUM NAZİRLİYİ mahiyyətinə söykənən quruculuq işlərinə baş vuran Zakir Həsənov qısa müddət ərzində dövlətin ordumuza xərclədiyi milyardların gözlənilən nəticəliliyini təmin etmiş oldu.

Halbuki buna qədər Azərbaycanda elə bir təəssürat yaranırdı ki, xərclənən milyardlar heç bir dəyişikliyə səbəb olmayıb. Zakir Həsənov isə milyardların hesabını verərək bu gün Azərbaycan ordusunu təkcə müdafiə qabiliyyətli yx, həm də real nəticəyə vara biləcək hücum keyfiyyətli bir möhtəşəm orduya çevirib.

Bütün bunlar məhz Zakir Həsənovun şəxsi xüsusiyyətlərinin də təzahürü kimi qəbul olunmalıdır. Prezidentin, Ali Baş Komandanın əm rvə tapşırıqları buna qədər də icra olunurdu. Amma hansı keyfiyyətdə… Məhz fərdi keyfiyyətlər də verilən göstərişlərin icrasının səviyyəsində özünü qabarıq formada göstərir.

Təbii ki, belə bir şəraitdə, yəni bütün çevrəsi qaynayan, qana susayan bir geosiyasi ünvanda yerləşən Azərbaycanın Zakir Həsənov kimi hərb naziri ilə yürüməsi uğurlu seçimdir. Amma əskiklərimiz də yox deyil, bunlar xüsusi olaraq vurğulanmalıdır…

Bu gün ordu quruculuğunun ibtidaisi, əlifbası hesab olunan səfərbərlik sistemi demək olar ki, yarıtmaz bir durumdadır. Əslində 2012-ci ildə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətinin ilk günlərindəncə naşı əllərdə olduğunu nümayiş etdirdi. Dövlət Miqrasiya Xidmətinin rəhbərliyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə transfer olunan Arzu Rəhimov bu gün hansı məsuliyyəti daşıdığının bəlkə də tam olaraq fərqində deyil.

Bu bir faktdır ki, qurum yeni yaradılanda ölkənin hərbi çağırış sistemində rəsmən bir xaos yaşanıldı. Belə ki, vaxtında çağırışçıları hərbi hissələrə cəlb edə bilməyən Arzu Rəhimov hərbi xidmət müddəti bitmiş hərbi qulluqçuların bir neçə müddət sonra buraxılmasına səbəb olmasını «yuxarılara» hansı formada izah etdi…. bundan xəbərsizik. Amma xəbərimiz var ki, məhz bu naşılığı səbəbindən Arzu Rəhimov ilk xəbərdarlıq siqnalını almış oldu.

Sonradan özünün miqrasiya xidmətindəki keyfiyyətlərini yeni iş yerində ttbiq etməyə başlayan Arzu Rəhimov mühüm strateji bir görəvi daşıdığının yenə də fərqinə vara bilmədi. Nəticədə qosqoca general-leytenantın sürücüsünün, yaxınlarının adları milyonluq rüşvət skandalında hallandı.

Ona bunu da bağışladılar. Halbuki bağışlanmamalı idi. Çünki ordu quruculuğunun əlifbası siyasətində istənilən bir axsaqlığımız özünü mütləq döyüş meydanında hiss etdirəcək və zaman-zaman Arzu Rəhimova edilən güzəştlər daha ciddi problemlərə nədən ola bilərdi ki, oldu da.

Bu da bir faktdır ki, Zakir Həsənov müdafiə sisteminin çevikliyini yoxlama məqsədilə ehtiyatda olan hərbçilərin çağırışının təşkili zamanı da məhz tam istədiklərini həyata keçirə bilməmişdi. Buna səbəb isə Arzu Rəhimovun üzərinə düşən işin öhdəsindən layiqiencə gələ bilməməsi idi.

Bəli, Arzu Rəhimov Zakir Həsənovun gördüyü mükəmməl işə elə bir ciddi zərbə vurdu ki, Azərbaycan ordusunun istənilən ekstremal şəraitdə hansı qabiliyyəti ortaya qoya bilməsi haqda tam təsəvvürlərə hələ də malik ola bilməmişik.

Nə etməli? Təbii ki, bu gün bütün çevrəsi qan içində olan və özünün də bir Qarabağ haqq-hesabı olan Azərbaycan üçün Zakir Həsənov kimi bir çevik nazir necə uğurlu tapıntıdırsa, Arzu Rəhimov kimi yarıtmaz xidmət rəisi o qədər uğursuz kadrdır və Azərbaycanın öz hədəflərinə doğru yürüməsində rəsmən əyləc rolunu oynamaqdadır.

Bizə əyləc yox, bu gün Zakir Həsənovu tamamlayacaq, Ali Baş Komandanın əm rvə göstərişlərinin icrasında onun fəaliyyətinə sürət keyfiyyəti qatacaq bir səfərbərlik sistemi lazımdır.

Bu gün ola bilsin ki, hazırki hərbi heyətlə atşəksə durumunu yola verə bilirik. Sabah meydana 300-400 min əsgərin çıxarılması zərurəti yarana bilər. Bu zərurətin təmin edilməsində isə Arzu Rəhimov kimi biriləri qaldıqca, hədəflərimizə doğru yürüməiyimzin özü arzu olaraq qalacaq…

DİA.AZ Araşdırma Qrupu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...