Əhməd Muxtarovun “Hacıqabul sərgüzəştləri: İCRA BAŞÇISININ İLGİNC QAZANMAQ ÜSULLARI

Əhməd Muxtarovun “Hacıqabul sərgüzəştləri:


“Hacıqabul rayonundan ola sahibkarların problemləri hər zaman boydan olub. Amma bəlli səbəblər üzündən həmin problemlər çox zaman qabardılmayıb, həmişə belə bir ümid olub ki, hər şey yaxşı olacaq. Ancaq ötən illər “hər şey yaxşı” olacaq təsəllisinin işə yaramadığını təsdiqləyib. Prezident İlham Əliyevin sahibkarların sıxışdırılması ilə bağlı yerli icra hakimiyyətlərini tənqid etməsi isə bizdə həmin ümidlərin yenidən cücərməsinə səbəb olub”.

Bu sözlər bir qrup Hacıqabullu sahibkarın Savash.org-un elektron ünvanına göndərdiyi müraciətdəndir. Sözügedən müraciətdə şikayətçilər Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun qanunsuz tələblərindən cana doyduqlarını bildirirlər: “İcra başçısı rayonun bütün gəlirli sahələrinə tam nəzarət edir. Rayon miqyaslı hansısa işin görülməsi üçün həyata keçirilən tenderlər isə oyundan başqa heç nə deyil. Müvafiq dövlət orqanlarınmdan da xahiş edirik ki, rayona gəlib son illər ərzində görülən bütün işlərlə maraqlansınlar. O zaman bir çox əlavə maxinasiyaların da ortaya çıxacağından əminik. Məsələn, icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə həvalə edib ki, nəticədə dövlətdən ayrılan yüzminlərlə manat vəsait mənimsənilib. İcra başçısının köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Təsəvvür edin ki, asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun nəzarətiondəki firma bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yariya qədər azaldır. Artıq yollar bərbad vəziyyətə düşüb”.

Daha sonra iddia edilir ki, Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin abadlaşdırılmasını “İnşaatçı-S” MMC-yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Amma müraciətdə “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində ayrılan vəsaitin 15 faizinin icra başçısına verildiyini bildirir. Məlumata görə, kənd yolları həm də ensiz çəkilib. Hər tərəfdən 15 sm qısaldırılıb ki, bu da 100 min manatlarla pulun mənimsənilməsi və qəza hallarının artmasına səbəb olur.

Məlumatlara görə, Əhməd Muxtarovun pul yığmaq üçün həyata keçirdiyi əməliyyatlardan biri xüsusilə narazılıq yaradıb. Belə ki, icra başçısının prezidentin portretlərini idarə və müəssisələrə, məktəblərə sataraq küllü miqdarda vəsait qazanmaq sevdası rayonda heç də xoş qarşılanmayıbmış. Əhməd Muxtarovun bir müddət öncə rayona gətizdirdiyi portretlərin hər biri isə məktəblərə 35 manata satılıb. İdarə və müəssisələrdən isə hər portretə görə 50 manat yığıldığı iddia edilir.

Bildirilir ki, icra başçısı Əhməd Muxtarov rayonda dözülməz atmosfer yaradıb: “Hacıqabul rayonunda həyat şərtləri çox ağırdır. Onsuz da maddi sıxıntılar içərisində olan Hacıqabulda bütün gəlirli sahələrin icra başçısına yaxın şəxslər tərəfindən nəzarətə götürülməsi isə vəziyyəti bir qədər də dramatikləşdirir. Hacıqabulda sahibkarlara qayğıdan söhbət belə gedə bilməz, heç sahibkarlar yerli rəhbərlikdən hansısa qayğı da gözləmir. Onların ən böyük arzusu icra başçısının onların işinə müdaxiə etməməsidir-belə olarsa bunu ən böyük qayğı kimi qəbul edərik”.

Daxil olan məlumatda daha sonra bildirilir ki, Əhməd Muxtarov sahibkarlardan və iş adamlarından abadlıq bəhanəsi ilə vəsait tələb edir. Onlardan toplanan vəsait hesabına görülən kosmetik işləri isə yuxarı dairələrə şişirdilmiş formada təqdim edir: “Məsələn, bir müddət öncə rayonun M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov və İ.Qayıbov küçələrinə sahibkarların daxili imkanları hesabına qum-çınqıl qarışığı verilib. Necə deyərlər, adıçəkilən küçələrdəki çökəkliklər qum-çınqılla doldurulub. Amma icra başçısı “yuxarılar”a guya adıçəkilən küçələrdə ciddi asfaltlama işlərinin görülməsi haqda saxta məlumatlar verir. Reallıqda isə asfalt bütün küçələrə çəkilməyib, çəkilən küçələrdə isə asfalt qatının keyfiyyətindən söhbət gedə bilməz”.

Əhməd Muxtarovun həm də rayonun bir çox münbit ərazisinda heyvandarlıq təsərüfatları və əkinçilik sahələri yaratdığıda bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir.Mənbə onu bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. İcra başçısı həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarada rüşvət aldığı iddia olunur.
İndi isə yazımızın “qəhrəmanı” olan icra başçısı ilə daha yaxından tanış olaq. Beləliklə...

Kimdir Muxtar Əhmədov: qısa tanışlıq

Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov əslən rəhbərlik etdiyi rayondan deyil. Əhməd Kərəm oğlu Muxtarov 5 fevral 1951-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 1972-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu, 1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirən Ə. Muxtarov əmək fəaliyyətinə 1968-də Yevlax Neftbazasında operator vəzifəsilə başlayıb. Daha sonra isə Yevlax şəhər İctimai iaşə idarəsində mühasib işləyib.
1974-80-ci illərdə Yevlax şəhər komsomol komitəsində komsomol təşkilatları şöbəsinin müdiri, 1980-81-ci illərdə Yevlax rayon Xaldan mal-qara kökəltmə sovxozunda partkom, 1983-91-ci illərdə isə Yevlax rayon XDS İcraiyyə Komitəsinin sədr müavini olub.

1991-97-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısnın aparatında müxtəlif vəzifələr tutub. 1997-2000-ci illərdə Yevlax rayon Kooperativ cəmiyyəti İdarə Heyətinin sədri postunu tutub. 2000-2005-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə yüksəlib. Daha sonra bir il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərdənizneftinşaat trestinin sosial məsələlər üzrə müdir müavini vəzifəsində çalışıb.

29 mart 2006-cı il tarixində Prezidentin 1380 saylı sərəncamı ilə Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2189 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...