Unibank-dan yenə şikayət var NARAZILAR ARTIR

Unibank-dan yenə şikayət var


Redaksiyamıza müraciət edən Şəki sakini da bank fırıldağının qurbanı olduğunu bildirir. DİA.AZ-a yazan narazı vətəndaş söyləyir ki, bu dəıfə o kreditgötürən olmasa da, bank ona qarşı rəsmən özbaşınalıq edib.

DİA.AZ-a daxil olan müraciəti olduğu kimi təqdim edirik: "Salam hörmətli dia.az saytı.Mən Sizi Şəki rayonu Abbas kəndindən Məmmədov Vüqar Səfəralı oğlu narahat edirəm.Mən sizin saytı mütəmadi izləyirəm saytda tez-tez "Unibank" haqqında dəyərli məqalələr dərc edirsiniz.Mən də Sizə yazmaqla Unibankın Şəki filialının haqsızlıqlarından danışmaq istəyirəm.Mən 2014-cü ilin fevral ayında Qabil adlı qonşuma zamin durmuşam.Bu krediti alanda Qabilin maddi durumu onun borcunu ödəməyə imkan verməsini nəzərə alıb,mən ona zamin durmağa razılıq vermişdim.Bir il müddətində Qabil həmin krediti vaxtı-vaxtında ödədi.2015-ci ilin fevralından sonra Qabilin maddi durumu pisləşdi və o təkrar kredit almaq üçün yenidən mənə müraciət etdi.Mən ona zamin durmaqdan imtina etdim.

Sonradan o Unibanka özü gələrək kredit mütəxəssisi ilə gizli sövdələşib əlavə kredit müqaviləsi bağlamaqla 1012 (min on iki) manat pul alıb.Həmin vaxtdan Qabil krediti ödəmir.Bank mənə xəbərdarlıq etmədən Qabilə əlavə kredit verib,əlavə kredit müqaviləsi №928micSHEK/15 bağlayaraq məni zamin kimi saxlayıb.İndi də Qabil kredit borcunu ödəmədiyi üçün bank məni məhkməməyə verib.Məhkəmə mənim maaşımdan tutulmasına dair qərar çıxarıb.Bidirmək istəyirəm ki,mən Şəki Telekomunikasiya qovşağında işləyirəm.Unibank nece geldi müştərinin ödəmək qabiliyyətini təkrar yoxlamadan,özlərinə kəmiyyət baxımından müştəri toplamaq xatirinə kredit xətti açır və sonradan mənim kimi işləyən zaminin maaşından tutulması üçün məhkəməyə verir.Mən bildirmək istəyirəm ki,iki azyaşlı uşağım var,maddi vəziyyətim çox ağırdır,uşağımın biri autizim xəstəsidir.Ailəmi ancaq mən işləməklə dolandırıram."Dəmir" bankdan kredit alıb autizim xəstəsi olan uşağı Bakı şəhərində müalicə etdirirəm.Diqqətinizə görə çox sağ olun!Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm".

Qarşı tərəfi də dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...