Baba Rzayev “ailə podratı”nın milyonluq gəlirlərini necə mənimsəyir?

Baba Rzayev “ailə podratı”nın


“Azərişıq” ASC-nin strukturuna aid olan REŞ-lərdə isə sayğac alverinin qarşısını alan yoxdur

İstehlakçıların elektrik enerjisi ilə təchizatında müəyyən irəliləyişlərə nail olunsa da, “Azərişıq” rəhbərliyi vaxtilə “Azərenerji” ASC rəhbərliyinin buraxdığı kobud səhvləri təkrarlamaqda davam edir.

Belə ki, qurumun regional şəbəkələrində sayğac alverinə hələ də son qoyulmayıb.Bəzən elektrik sayğacları əvvəlkindən də baha qiymətə quraşdırılır. Halbuki, Baba Rzayev üçün bu məsələ prioritet hesab edilməlidir. Çünki, nə qədər inkişaf layihələri həyata keçirilsə də, adi sayğacların qoyulmasında korrupsiya halları varsa, deməli o qurumun normal fəaliyyətindən söhbət gedə bilməz. Bu baxımdan, paytaxt Bakı istisna olmaqla bölgələrdə abunəçilərin sayğaclarla təminatında vəziyyət heç də dəyişməyib. Neçə-neçə abunəçi hələ “Azərenerji” dönəmindən bəri reallaşdırılmayan sayğac arzuları ilə yaşayır.

Çünki, həmin sayğacları iş tapşırığı olmasına baxmayaraq sadəcə gətirib havayı quraşdırmaq istəyən yoxdur. Belə faktları sadalamaq da olar. Bir şərtlə ki, “Azərişıq” rəhbərliyi istəyində səmimi olsun. Yeri gəlmişkən, sayğacı quraşdırılmayan sahibkarların və məişət abonentlərinin köhnə borcları “şişdikcə” Qurumun ərazidəki nümayəndələri üçün korrupsiogen fürsətlər yaranır. Bunu isə baba Tağıyevin cibini güdən əməkdaşlarından heç kəs qaçırmaq niyyətində görünmür. Bu cür hallar “Azərişıq”ın Enerji Satış Departamenti tərəfindən ərazilərdə işləyən nəzarətçilərin dosyesi ilə ciddi maraqlanmamasının məntiqi nəticəsidir.Fikrimizcə, formal müstəvidə qurumda baş verən hər hansı qanun pozuntusu ilə bağlı dövlət nəzarəti mexanizmi tam gücü ilə işləyə bilmir.

Bu üzdən də, “Azərişıq” ASC-nin strukturundakı daxili nəzarət şöbələrinin də fəaliyyəti məhsuldar deyil. Çünki, bu şöbələrdə istisnasız olaraq Baba Rzayevin adamları yerləşdirilib. Həmin şəxslərin qarşısında isə rəhbərlik tərəfindən cızılmış “davranış konturları” hər şeyi həll edir. Nəticədə elektrik enerjisi istehlakçılarının az qala kütləviləşməkdə olan narazılığı siddi şəkil alır. Ölkə ərazisində “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” ASC-yə ötürülməsi ilə bağlı dövlət başçısının imzaladığı “Azərişıq” ASC haqqında” 10 fevral 2015-ci il tarixli Sərəncamından ötən 9 ay ərzində bir çox pozitiv inkişaf meylləri nəzərə çarpır. Bunlar əsasən yarımstansiyaların modernləşdirilməsi və bir sıra texniki problemlərin həlli ilə bağlı məsələlərdir.Lakin elə buradaca oxucuların nəzərinə bəzi məqamları çatdırmağa ehtiyac duyuruq. Söhbət tender satınalmalarının prosedur qaydalarının kobud surətdə pozulmasından, bu üsulla milyonlarla manat dövlət vəsaitlərinin Baba Rzayevin biznes maraqlarının qurbanına çevrilməsindən gedir. “Azərişıq” ASC-də tikinti işlərinə nəzarət Baba Rzayevin qardaşının əlində cəmləşdirilib.Tikilməkdə olan yarımstansiyalarda çalışanların fərqli bir hissəsi bu cür spesifik obyektlər üçün olsuqca təsadüfi adamlar hesab oluna bilər.

Odur ki, “Azərişıq” təcrübəsiz işçi kontingenti üçün qısamüddətli təlim kursları açmağa sadəcə borcludur. Səhmdar Cəmiyyətin İnkişaf və İnvestisiya Departamenti tərkibində fəaliyyət göstərən tikinti və yenidənqurma idarəsi xüsusi məsuliyyət tələb edən bu cür tikinti işlərinin qısa zamanda görülməsində kifayət qədər gücsüzdür. Eynən də, yarımstansiyaların inşası üçün daimi iş yerləri yaratmaq Baba Rzayevə sərf eləmir. Vəziyyətdən ən yaxşı çıxış yolu kimi, rəhbərlik günəmuzd işçi qüvvəsindən istifadə etməyi üstün tuutub.Bu isə tikintilərdə xeyli vəsaitə qənaət etməyə imkan verir. Lakin qənaət olunan vəsaiti dövlətin xəzinəsinə mədaxil olunmasından söhbət gedə bilməz.Təkcə bu ilin 9 ayı ərzində “Azərişıq” 150-yə yaxın irili-xırdalı tender müsabiqələri elan edib.

Müsabiqələrin əsas qalibləri isə Baba Rzayevin yaxın ətrafına məxsus şirkətlərdir.Bunlar “Göknur LTD” kabel zavodu (qardaşı Rahib Rzayev), Santral Elektrik LTD (Baba Rzayevin qaynı İlham Həsənov), “Bakelektro” (qardaşı Emin Rzayev) kimi kommersiya və istehsalat qurumlarıdır. Bundan əlavə, əksər hallarda müqavilələr dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinin pozulması nəticəsində tender keçirilmədən, müvafiq razılıq almadan birbaşa bağlanıb. Halbuki, qanunvericilik yaxın qohumların nəzarətində olan şirkətlərlə tender müqaviləsi bağlanmasını qeyri-mümkün edir.
Ümumiyyətlə, “Azərişıq” ASC-nin rəhbəri son zamanlar tender əməliyyatlarından da külli miqdarda qazanc götürməyə başlayıb. Bu məqsədlə “atüstü” təsis edilən şirkətlərin müvafiq ixtisas uyğunluğu və təcrübəsi olmasa da, hesablarına külli miqdarda dövlət vəsaiti köçürülərək “yerbəyer” edilir. Əksər regional elektrik şəbəkələrində isə əməlli-başlı korrupsiogen şərait hökm sürür. REŞ-lərin elektrik enerjisi istehlakçılarını gözümçıxdıya salması ilə bağlı da onlarca fakt sadalamaq olar. Bu qurumlarda yer alan saxtakarlıqlar həddinin bilmir.

Elə isə soruşuruq: dövlət nəzarəti bə hanı? Bu gün “Azərişıqi” ASC-nin tabeliyindəki bir sıra regional elektrik şəbəkələri tərəfindən elektrik sayğaclarının abonentlərə açıq-aşkar satılması faktlarına da göz yumulur. Əgər Baba Rzayev həqiqətən də bu biabırçılıqların qarşısında acizdirsə, deməli onun idarəçiliyində sürüşmə təhlükəsi var. Bu sürüşmələrin qarşısı vaxtında alınmasa ölkənin enerji sektorunda daha qorxulu mənzərələrlə rastlaşacağıq.

Odur ki, “Azərişıq” ASC-də hökm sürən neqativ auranın “müalicəsinə” böyük ehtiyac var.
/gundelik-baku.com/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...