Salyanlı “tender kralı ” Hacı Qurbanın şirkəti məhkəməyə verilib - Şirkətin 200 mindən çox vergi borcu var...
Hər il dövlət qurumlarının keçirdiyi milyon manatlıq tenderlərin qalibi olan “İlkin-N” MMC ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub.
Gundeminfo.az xəbər verir ki, PİA.az-ın əldə etdiyi məlumata görə, Şirvan Kommersiya Məhkəməsində keçiriləcək hazırlıq iclasının vaxtı mayın 5-nə təyin edilib.
İddia hakim Elşən Abdullayevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “İlkin-N” MMC Məmmədov Dadaş Nazim oğlu tərəfindən məhkəməyə verilib. Şirkətə qarşı kirayə müqaviləsi ilə bağlı tələb irəli sürülüb.
Xatırladaq ki, “İlkin-N” MMC 17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 35 min 572 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur.
Onu da bildirək ki, “İlkin-N” MMC-nin rəhbəri Hacı Qurban kimi tanınan Abasov Qurban İsmayıl oğlu hər il dövlət qurumlarının keçirdiyi milyon manatlıq tenderlərin qalibi olur.
Həmçinin hər il milyonlarla manatlıq tender müsabiqələri udan daha bir şirkət – “Sevinc-96” MMC-nin də (VÖEN- 2100010871) Qurban Abasova məxsus olduğu olduğu bildirilir.
Hazırda dövlət büdcəsinə 211 min 214 manat vergi borcu olan “İlkin-N” MMC-nin rəhbəri Qurban Abasovun adı mətbuatın gündəminə ilk dəfə 2013-cü ildə, oğlunun toy karvanında eyni markalı 25 “Mercedes-Gelandewagen” avtomobilinin iştirakına görə gəlib.
1773 dəfə oxundu