Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? – FOTOLAR

Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri (2016-2020) Elnur Həmid Oğlu Süleymanovun İngiltərədə 1,4 milyon funt sterlinqə (3 milyon manatdan artıq) 350 illik tarixi olan hotel alması iddia olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.

C. Həsənli bildirib ki, hotel onun həyat yoldaşı - 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Zarema Ömərovna Əfəndiyevanin adına rəsmiləşdirilib:

“Onun 2020-ci ildə Britaniyada təsis etdiyi “Dean Valley Hotel Limited” şirkəti üzərindən “The Fence, St. Briavels, Lydney, England, GL15 6RB” ünvanında yerləşən “Lindors Country House” hoteli maliyyə çətinlikləri ilə üzləşmiş “Carlauren Group”dan satın alınıb və adı dəyişdirilərək “Dean Valley Manor” adlandırılıb.

Zarema Əfəndiyeva Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində həkim-radioloqudur.
Nazirliyin keçmiş şöbə müdiri 2020-ci ilin sentyabrında İngiltərədə “Orange Oys Ltd” şirkətini təsis edib. Elnur Süleymanov və həyat yoldaşı, eləcə də valideynləri 2007-ci ildən Çexiyada Karlovi Varıda daşınmaz əmlak şirkətinin sahibidirlər”.
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –
Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb? –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...