Nazim İbrahimovun komitəsi ləğv edilir - İSLAHATLAR BAŞLAYIR

Nazim İbrahimovun komitəsi ləğv edilir -


Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və bundan dolayı əvvəlki illərlə müqayisədə Azərbaycan dövlətinin gəlirlərinin aşağı düşməsi səbəbindən hökumət daxilində struktur islahatlarının həyata keçirilməsi reallaşır.

Artıq bir sıra dövlət qurumlarında köklü islahatlar, xərclərə qənaət məsələləsi ortaya çıxıb. Bu gün artıq Azərbaycan Dövlət Neft Şirkəti xərclərlə bağlı olaraq ixtisarların aparılması faktını təsdiqləyib. Əksər dövlət qurumlarının kənar xərclərlə bağlı qənaət rejiminə keçməsinə dair bilgilər var. Məlumata əsaaən bununla bağlı olaraq bir sıra məqamlar da ortaya çıxıb.

GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən yaxın günlərdə Nazirlər Kabineti struktur islahatlarının həyata keçirləmsi ilə bağlı müvfayiq olaraq təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edəcək. Məlumatilara görə, bir sıra komitələrin ləğvi və ya əlaqədar olaraq eyni yunksiyalı dövlət qurumları ilə birləşdirilməsi gözlənilir.
Daxil olan məlumata əsasən ilk islahatlar rəhbəri Nazim İbrahimov olan Diasporla iş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinə Birləşdirilməsi ilə başlaya bilər. Məlumatlara görə, koimtənin səlahiyyətləri ləğv edilcək və müvafiq olaraq diplomatik korpuslara həvalə olunacaq.

Onu da əlavə edək ki, Nazim İbrahimovun qardaşlarından olan ATV-nin rəhbəri Tağı İbrahimov istefa verərək Türkiyəyə köçüb. Digər bir qardaşı isə Hacı İbrahim Nehrəmli də ciddi böhranla üz-üzə qalıb. İbrahimov qardaşlarının hakimiyyətinin üst düzəyində etimadını itirməsi faktı kifayət qədər diqqəti çəkəndir. Məhz bu səbəbdən də rəhbəri Nazim İbharimov olan qurumun ləğv edilməsi və ixtisarların aparılması istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...