Dəniz Administrasiyasının rəisinin “Azimport”un rəhbərinə 600 min manatlıq sifaişi

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov Azimport” şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rəşad Məmmədova 600 min manat verərək Səbail rayonunda yerləşən qaraşların sökülməsini istəyib
Deyilənə görə Qüdrət Qurbanov həmin qarajların yerində çoxmərtəbəli obyekt tikib orada böyük təhsil mərkəzi açmaq istəyir.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun “Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədova verdiyi 600 min manat pul Səbail rayonunda ciddi narazıçılığa səbəb olub. Belə ki, keçən il Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən ber neçə qaraj qanunsuz olaraq “Azimport” şirkəti tərəfindən sökülüb.
Qafqaznews.az saytı xəbər verir ki, “Azimport” şirkətində bir neçə oxşar məsələ baş verdiyi üçün hüquq -mühafizə orqanları şirkətdə tədbir keçirib şirkətin məsul şəxslərini cinayət məsüliyyətinə cəlb ediblər. Ancaq bu günəcən “Azimport” şirkətinin həmin ərazidə yerləşən qarajları kimin sifarişi ilə sökdürməsi bilinməyib. Redaksiyamıza daxil olan məlumata görə “Azimport” şirkətinə bu sifarişi Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov verib .
Məlumatda bildirilir ki, o həmin qarajların sökülməsinə görə bayraq meydanının keçmiş rəisi, “Azimport” şirkətinin sahibi Rəşad Məmmədova 600 min manat pul verib. Rəşad Məmmədov da öz növbəsində qarajların sahiblərinə pul təklif etmədiyinə görə təbii ki, qaraj sahibləri ilə Qüdrət Qurbanov arasında mübahisə yaranıb. Hətta Qüdrət Qurbanov həmin şəxslərə hədə -qorxu qələrək onları anlatmaq istəyib ki, onların qarajlarının yerində dövlət əhəmiyyətli obyekt tikiləcək. Ancaq sonradan Rəşad Məmmədov özü həbs olunduğu üçün, qaraj sahibləri ilə “alverə” Qüdrət Qurbanovun Ülvi adlı koməkçisi qoşulub. Əvvəl Ülvi qaraj sahiblərinə 50 min manat pul təklif edib. Və demək olar ki, bu təkliflə bir çox qaraj sahibləri razılaşır, ancaq sonradan Ülvi onlara Qüdrət Qurbanovun adından bildirir ki, onlar hələ “Forma-1”-də təqdim etməlidirlər.
Bundan sonra qaraj sahibləri ilə Qüdrət Qurbanovun köməkçisi olan Ülvi arasında mübahisə yenidən qızışır. Qaraj sahibləri Ülviyə bildirirlər ki, onlar bir il yarımdır ki, Rəşad Məmmədovun dəllallarının yalanlarına dözüblər, ancaq daha Qüdrət Qurbanovun dəllalının yalanlarına dözmək fikrində deyilllər.. Redaksiyamıza şikayət edən qaraj sahibləri bizim əməkdaşla söhbətdə bildirdilər ki, Qüdrət Qurbanov həmin qarajların yerində çoxmərtəbəli obyekt tikib orada böyük təhsil mərkəzi açmaq istəyir.
Ancaq onun koməkçisinin qaraj sahibləri ilə sonuncu görüşü hər şeyi alt-üst edib. Yəni ,koməkçinin qaraj sahibləri ilə kobud davranışı Qüdrət Qurbanovun özünü də pis vəziyyətə salıb. Çünki o keçən il həmin qarajların sökülməsi üçün Rəşad Məmmədova 600 min manat pul verib və bu günəcən də həmin pulu geri ala bilmir. Digər tərəfdən isə onun koməkçisinin yarıtmaz fəaliyyəti qaraj sahiblərini Qüdrət Qurbanovun üzərinə qaldırıb. Redaksiyamıza məlumat verən şikayətçilər bildirdilər ki, qaraj sahiblərindən biri ingilis vətəndaşıdır və həmin şəxsin Bəxtiyar adlı vəkili qarajların sökülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə isə qərar çıxarıb ki, zərərçəkənin qarajı yenidən tikilərək özünə qaytarılsın.
Əməkdaşımızla söhbətdə şikayətçilər bildiriblər ki, məhkəmənin çıxartdığı qərardan sonra xarici vətandaşın vəkilləri, özləri qarajı yenidən inşa edib əlavə xərcləri də cavabdehin üzərinə yönəltmək istəyiblər. Sadəcə olaraq qarajın inşasına başlanılmamış FHN-nin əməkdaşları, həmin ərazi güya qəza şəraitində olduğu üçün, orda tikinti aparılmasına qadağa qoyublar. Şikayətçilərin sözlərinə görə, çox güman ki, tikinti işləri aparılmasına FHN tərəfindən qadağa qoyulmasında Qüdrət Qurbanovun böyük rolu olub. Əldə etdiyimiz digər məlumata görə həmin ərazi sökülənəcən orda 26 qaraj olub. Qarajlardan 23-ü sənədsiz olub. Digər 3 qaraj isə sənədli olub. Şikayətçilərin bildirdiyinə görə 23 qaraj Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova məxsus olub. Araşdırmamız davam edir, bizi izləyin.
551 dəfə oxundu