Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər

Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər


Rusiyanın istehsal etdiyi koronavirus dərmanı beynəlxalq miqyasda təsdiqləndikdən sonra Azərbaycan bu dərmanı idxal edə bilər.

Unikal.org xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Dərmanı almağa maraqlı olduğumuz üçün “Sputnik V” peyvənd dərmanının, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndikdən sonra bu sahədə əməkdaşlıq etmək barədə rusiyalı həmkarların təkliflərinə baxa bilərik”, - nazir deyib.

Nazir Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının üzv ölkəsi olaraq koronavirusun müalicəsilə bağlı həmin qurumun tövsiyələrinə və üsuluna əməl etdiyini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...