Pekində koronaviruslu xəstələrin hamısı sağalıb

Pekində koronaviruslu xəstələrin hamısı sağalıb


Çinin paytaxtı Pekində son iki nəfərin sağalaraq xəstəxanadan buraxılması ilə pandemiya başlayandan ilk dəfə koronaviruslu xəstə qalmayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Pekinin gigiyena və səhiyyə məsələləri komitəsindən bildirilib.

Ümumilikdə pandemiya dövründə Pekində 935 nəfərdə yeni koronavirus aşkarlanıb.

Şəhərdə yumşaldılmış epidemioloji nəzarət tədbirləri tətbiq olunub. Küçədə maska taxmaq məcburi olmasa da, ictimai nəqliyyatda, mağazalarda, kinoteatrlarda dövlət orqanlarında və insanların sıx toplaşdığı digər yerlərdə maska taxmaq tələb olunur.

Çində ümumilikdə 84.9 min nəfər COVID-19-a yoluxub. Son 1 həftə ərzində 108 yoluxma qeydə alınıb. Aprelin 15-dən ölkədə koronavirusdan ölüm halı baş verməyib.

Hazırda xəstəxanalarda 347 koronaviruslu xəstə müalicə olunur, onlardan cəmi 7-nin vəziyyəti ağırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...