Muarrem Bayrami: "Bakıda baş verənlərdən sonra qələbə xoşdur"

Muarrem Bayrami: "Bakıda baş verənlərdən sonra qələbə xoşdur"
"Qələbə və üç xal üçün çox şadam. Düşünürəm ki, buna layiq idik".

"Report" xəbər verir ki, bu fikirləri Şimali Makedoniya təmsilçisi "Şkupi"nin baş məşqçisi Muarrem Bayrami çempionatın IV turunda "Pelister"i evdə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra yerli mətbuata açıqlamasında deyib.

35 yaşlı mütəxəssis hər oyunda daha yaxşı çıxış etdiklərini söyləyib. O, Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə uduzduqları görüşü də xatırlayıb: "Bakıda baş verənlərdən sonra bugünkü qələbə xoş qarşılanır. "Pelister"ə böyük hesabla qalib gələ bilərdik, matçda üstün idik və penaltini də qaçırdıq. Hələ ki, komandadan razıyam. 12 mümkün xaldan 10-nu qazandıq".

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində "Şkupi"ni 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Bu gün paytaxt təmsilçisinin II təsnifat mərhələsində rəqibi bəlli olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...