“Tombalacı”nın ölüm səbəbi məlum oldu

“Tombalacı”nın ölüm səbəbi məlum oldu
Bir neçə gün öncə dünyasını dəyişən Türkiyənin tanınmış aktyoru Haldun Boysanın ölüm səbəbi məlum olub.

Musavat.com xəbər verir ki, öldüyü gün iki dəfə halı pisləşən 62 yaşlı aktyorun həyatını itirməsinə səbəb ürəyinə qoyulan stend olub. Belə ki, stend iyun ayında dəyişdirilməli olsa da, Boysan koronavirus qorxusu səbəbilə xəstəxanaya getməyib və dəyişdirilmə prosesini təxirə salıb.
Bu isə onun ölümünə səbəb olub.

Qeyd edək ki, Haldun Boysan "Kurtlar vadisi" serialından "Tombalacı" ləqəbi ilə tanınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...