Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - Rəsmi

Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? -

Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, nazirlikdən Trend-ə bu məlumatın doğru olmadığı bildirilib.

Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.

Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...