“Nar” cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib

“Nar” cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib
“Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini pulsuz danışıq dəqiqəsi ilə təmin edib. Mobil operator sentyabrın 27-dən etibarən gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqəvə 100 SMS yükləyib. Məqsəd, torpaqlarımızın azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşlarıkəsintisiz rabitə ilə təmin etməkdir.

Qeyd edək ki, “Nar” Azərbaycan xalqının ruh yüksəkliyinə dəstək məqsədilə, bütün sosial media kanallarında “Nar”loqosunun rənginiAzərbaycan bayrağı ilə əvəz edib. Azərbaycan Ordusunungücü və şücaəti sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğalaltında olan torpaqlarımızın azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...