#PrayForGanja həştəqi ilə 1 milyondan çox tvit yazılıb

#PrayForGanja həştəqi ilə 1 milyondan çox tvit yazılıb
#PrayForGanja həştəqi dünya trendinə düşüb.

Erməni silahlı qüvvələrinin Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçib.

Modern.az-ın məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Bu hadisədən sonra dünyanın bu hadisəyə lazımı reksiya verməsi üçün azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə #PrayForGanja həştəq kompaniya başladılıb.

“Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...