Azərbaycan polisi Ağdamda fəaliyyətini bərpa etdi - FOTOLAR

Azərbaycan polisi Ağdamda fəaliyyətini bərpa etdi -
Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilən Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.


Azərbaycan polisi Ağdamda fəaliyyətini bərpa etdi -
Azərbaycan polisi Ağdamda fəaliyyətini bərpa etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...