Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq


Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 8-10, gündüz 11-13, dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 31-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 10-13, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq. Oktyabrın 31-i axşamdan noyabrın 1-i gündüzədək Abşeron yarımadasında Xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
996 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...