Rauf Mirqədirova görə imzatoplama kampaniyası yaxın günlərdə başlayacaq

Rauf Mirqədirova görə imzatoplama kampaniyası yaxın günlərdə başlayacaq


Jurnalist Rauf Mirqədirovun zaminə buraxılması ilə bağlı müraciət və imza toplanılması kampaniyası ilə bağlı məsələ bu günlərdə öz həllini tapacaq. Bu haqda Modern.az-a “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı məlumat verib. O qeyd edib ki, bu prosesə vəkili ilə məsləhətləşmədən sonra başlanılacaq: “Vəkil məsləhət bilib ki, bu günləri görüşüb məsələni həll etməliyik. Yəqin ki, Rauf Mirqədirovun birinci məhkəməsindən sonra, yaxud əvvəl bu prosesə başlanılacaq”.

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə hazırlıq iclası başlayacaq. Məhkəmə prosesinə hakim Əlisultan Osmanov sədrlik edəcək. Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Rauf Mirqədirovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Həbsin səbəbi Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilən Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...