UEFA-nın ayırdığı vəsait klublarımızın hesabına köçürüldü

UEFA-nın ayırdığı vəsait klublarımızın hesabına köçürüldü


UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb. Trend AFFA-nın saytına istinadən 2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən aşağıda qeyd olunan qaydada maliyyə vəsaiti ayrılıb:

“Qarabağ” – 950 000.00 avro
“Qəbələ” – 630 000.00 avro
“Neftçi” – 200 000.00 avro
“İnter” – 630 000.00 avro


UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.

AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” PİK-in hesabına köçürüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1002 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...