"İşçilərimi heç vaxt dəyişmirəm"

"İşçilərimi heç vaxt dəyişmirəm"


Əməkdar artist Ədalət Şükürov klip çəkdirməməyinin səbəbini açıqlayıb. Axşam.az-ın məlumtına görə, müğənni “ATV Maqazin” verilişinə açıqlamasında bunun səbəblərindən danışıb: “Klip çəkdirməyə həvəsim qalmayıb. Çünki başım başqa işlərimə qarışıb. Əgər ürəyim nə vaxtsa istəsə, klip çəkdirəcəm”. Ə.Şükürov işçilərinə sadiq olduğunu da bildirib:

“İşçilərimi heç vaxt dəyişmirəm. Biri 10, digəri 7 ildir ki, yanımda çalışır. Mənim kollektivim sağlamdır. yanımdan kimsə gedirsə, buna səbəb onun başqa işə keçməsi ola bilər. Ona görə də dəyişməyə ehtiyac qalmır. Prodüserim yoxdur, köməkçim və menecerim var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1075 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...