Tofiq Quliyevin heykəli tamamlanmaq üzrədir

Tofiq Quliyevin heykəli tamamlanmaq üzrədir
Bəstəkar, Xalq artisti Tofiq Quliyevin heykəli qısa müddətdə hazır olacaq. Bu barədə APA-ya heykəlin müəllifi Tural Rzaquliyev məlumat verib.

"Heykəlin tamamlanması üçün təxminən 20% iş qalıb. Ancaq heykəlin nə vaxt qoyulacağına dair dəqiq bir söz deyə bilmərəm. Çünki bu tək məndən asılı olan məsələ deyil. Heykəlin yerinin hazırlanması və quraşdırılması Mədəniyyət Nazirliyinə aid məsələlərdir", - deyə heykəltəraş bildirib.

Qeyd edək ki, “Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Prezidentinin 20 may 2021-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılması planlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1090 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...