Həbsdə olan jurnalist Mahir Xəttabın son vəziyyəti açıqlandı

Həbsdə olan jurnalist Mahir Xəttabın son vəziyyəti açıqlandı

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.

Bu barədə e-huquq.az-a jurnalistin vəkili Araz Nurməmmədov məlumat verib.

Vəkil bildirib ki, jurnalsitin istintaq təcridxanasında saxlanma şəraiti normaldır: "Səhhətində ciddi narahatlıq hiss etmir. Saxlanma şəraiti də normaldır. Görüş zamanı Mahir Ələkbərov bildirdi ki, dövlətin ədalətinə güvənir və tezliklə həqiqətin öz yerini tapacağına ümid edir. Görüş zamanı Mahir Ələkbərov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılanlara qarşı çox yaxşı rəftar olunduğunu da bildirdi".

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...