Koronavirusa yoluxmuş jurnalistə təcili I qrup qan lazımdır

Koronavirusa yoluxmuş jurnalistə təcili I qrup qan lazımdır
Koronavirusa yoluxduqdan sonra "Yeni Klinika"ya yerləşdirilən tanınmış telejurnalist Elnur Əşrəfoğlunun vəziyyəti əvvəlki kimi ağır olaraq qalmaqdadır. Modern.az xəbər verir ki, hazırda ECMO aparatına qoşulu olan E.Əşrəfoğluya təcili I qrup qan lazımdır.

Bu barədə idman jurnalisti Araz Əhmədov sosial şəbəkədə məlumat paylaşıb: "Əziz dostlar, dəyərli jurnalistimiz Elnur Əşrəfoğlu ücün təcili I qrup (+/-) qan lazımdı. Kimdə bu qan qrupudursa, xahiş edirik Nəsimi bazarının arxasında yerləşən Qan Bankına yaxınlaşsın. Orda olarkən bu nömrə ilə əlaqə saxlaya bilərsiz: 055 212 81 11 - Xəyal bəy".

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra "Yeni Klinika"ya köçürülüb. O, reanimasiyada süni tənəffüs aparatına qoşulub. Telejurnalistin ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...