Azərbaycanda tanınmış jurnalist vəfat etdi

Azərbaycanda tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist Yolçu Xanvəli vəfat edib. Oxu.Az-ın məlumatına görə, o, bir neçə gün əvvəl infarkt keçirib, 5 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilmişdi.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, o, “Respublika” qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Bundan başqa, Y. Xanvəli Aqrar Xidmətlər Agentliyinin Mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...