"Pegasus"dan inanılmaz yenilik - 1 bilet alana 2-cisi hədiyyə

"Pegasus"dan inanılmaz yenilik -


Türkiyənin "Pegasus" aviaşirkəti mütəmadi reyslər həyata keçirməsinin 10-cu ili münasibətilə xüsusi kampaniya keçirir. Fins.az türk mətbuatına istinadən xəbər verir ki, cib telefonlarına "Pegasus"un mobil əlavələrini yükləyənlərə dekabrın 2-dən 3-nə keçən gecədən etibarən bir daxili və bir xarici reys üçün aldığı biletdən əlavə bir bilet də hədiyyə veriləcək. Bu kampaniya yalnız bilet alan ilk 100 min nəfərə şamil olunacaq. Pulsuz biletin bütün vergi ilə xərclərini "Pegasus" aviaşirkəti ödəyəcək. Biletlər 2016-cı il martın 31-dək etibarlıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1044 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...