"Azercell" "Wi-Fi" vasitəsilə səs rabitə xidmətini göstərməyə hazırlaşır

"Azercell" "Wi-Fi" vasitəsilə səs rabitə xidmətini göstərməyə hazırlaşır


"Azercell Telecom" MMC "Wi-Fi" şəbəkəsi üzərindən səs rabitə xidmətini tətbiq etməyə hazırlaşır.

Trend-in məlumatına görə, bunu "Azercell Telecom"un prezidenti Vahid Mürsəliyev "BakuTel-2015" sərgisi çərçivəsində təşkil edilmiş şirkətin fəaliyyətinin təqdimatında deyib.

Onun sözlərinə görə, hazırda bu xidməti göstərmək üçün şirkət lisenziya almaq məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyə hazırlaşır: "Xidmət "Azercell" şəbəkəsinin abonentlərinə "Wi-Fi" şəbəkəsinə qoşularaq zəng etməyə imkan verəcək. Bu servisdən istifadə üçün heç bir əlavəyə hetiyac yoxdur. Şirkətə müraciət edərək servisi aktivləşdirmək kifayətdir. Xidmətin qiyməti və tətbiqi tarixi hələ məlum deyil. Xidmət yalnız ölkənin daxilində göstəriləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...