Yeni il ərəfəsində Azercell-dən “Pulsuz Danışıq Günləri” kampaniyası!

Yeni il ərəfəsində Azercell-dən “Pulsuz Danışıq Günləri” kampaniyası!


Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom yeni kampaniyaya start verib. Şirkət SimSim abunəçiləri üçün 3-20 dekabr, 2015-ci il tarixində “Azercell-dən Pulsuz Danışıq Günü” kampaniyasını keçirir. Kampaniya çərçivəsində 3 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər kəs növbəti yeddi gündən 1-ni Azercell-lilərlə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən seçilərək abunəçiyə bildirilir.

Kampaniyaya qoşulmuş abunəçi, bu kampaniyaya yenidən ən son yukləməsindən 7 təqvim günü keçdikdən sonra yenidən qoşula bilər. Onu da bildirək ki, pulsuz danışıq günündə abunəçinin şəbəkə daxili zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq. Kampaniya qoşulan abunəçilər 1010 qisa nomrəsinə boş SMS gondərməklə pulsuz danışıq günləri haqda daha ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, hər kəs tərəfindən böyük maraqla qarşılanan bu kampaniya hər il şirkət tərəfindən abunəçilərinə hədiyyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1134 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...