Ad gününü Ukraynada qeyd edən Roqozin yaralandı

Ad gününü Ukraynada qeyd edən Roqozin yaralandı
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sabiq həmsədri, "Roskosmos" dövlət şirkətinin keçmiş rəhbəri Ukrayna ərazisində yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb. Bildirilib ki, Ukraynanın Donetsk vilayəti ərazisinə (Rusiya tərəfindən işğal və ilhaq edilən hissə) ad gününü keçirmək üçün gedən Roqozin restoranlardan birində ziyafətdə iştirak edən zaman həmin obyekt atəşə tutulub.

Xəstəxanaya yerləşdirilən Roqozinin həyatına təhlükə olmasa da, restorandakı bəzi şəxslərin öldüyü, habelə "Donetsk XR"-in "başçı"sının ağır xəsarət aldığı deyilir.

Qeyd edək ki, D.Roqozin həmçinin Rusiya baş nazirinin eks-müavinidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...