Tərtərdə əhalinin tibbi müayinəsi davam etdirilir

Tərtərdə əhalinin tibbi müayinəsi davam etdirilir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən fevral ayının 15-dən may ayının 2-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb

Bununla əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılmış və qrafik hazırlanmışdır. Qrafik əsasında Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Bu günədək ümumilikdə 5614 nəfər tibbi müayinədən keçmiş, onlardan 426 nəfər ambulator, 7 nəfər stasionar müalicəyə cəlb olunmuş və 1 nəfər isə müalicə üçün Bakı şəhərinə yollanmışdır. 14 təşkilatda tibbi müayinə başa çatmışdır. Fevral ayından başlanan tibbi müayinə may ayının 2-dək davam edəcəkdir. Ümumilikdə tibbi müayinədən rayonun 51 yaşayış məntəqəsindən 57343 nəfərin keçməsi nəzərdə tutulmuşdur.

Respublika Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığını cəbhə bölgəsində yaşayan tərtərlilər minnətdarlıqla qarşılamışlar və dövlət başçısına öz təşəkkürlərini bildirmişlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...