Tanınmış aşığın vəziyyəti ağırdır: çarə İsraildə

Tanınmış aşığın vəziyyəti ağırdır:


Azərbaycanda məni sağaltmaq mümkün deyil. Bu sözləri tanınmış aşıq Azər Xanlaroğlu səhhəti haqda Axar.az-a danışarkən deyib. O, sağalması üçün ciddi maliyyə vəsaitinə ehtiyac olduğunu bildirib:

“Vəziyyətim hələ də kritik olaraq qalır. Renimasiyadayam, burada dərdimə çarə yoxdur. Həkimlər əllərindən gələni edirlər ki, xəstəlik yayılmasın. Çarəm İsraildədir, ona da maliyyə lazımdır. Maliyyə vəsaitinin toplanması üçün Bank Respublikada hesab açılıb. Bu yaxınlarda müalicəm üçün xeyriyyə konserti də keçiriləcək”.

Qeyd edək ki, Aşıq Azər Xanlaroğluna dəstək məqsədi ilə martın 5-də Rəşid Behbudov adına Mahnı Teatrında müğənnilərin iştirakı ilə xeyriyyə konserti keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...