“Azərsu”dan maaşların gecikməsi ilə bağlı - Açıqlama

“Azərsu”dan maaşların gecikməsi ilə bağlı -


“Azərsu” ASC-nin maaşları gecikdirilməsi ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Qurumun əməkdaşları “Qafqazinfo”ya bildirib ki, son aylarda maaşların verilməsində gecikmələr olur. İşçilərə hələ də yanvar ayının maaşları ödənilməyib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Mətbuat katibi bildirib ki, qurumda maaşlar əhalidən ödənişlər yığıldıqdan sonra verilir. Odur ki, bu ay işçilərə yanvar ayının maaşları ödənilib. Ola bilər ki, hansısa idarədə gecikmə olsun, ancaq o da yola qoyulacaq bir haldır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...