Abdulla Abdullayev prezidentə müraciət etdi

Abdulla Abdullayev prezidentə müraciət etdi


A.M.A.Y Şirkətlər Qrupunun qurucusu Abdulla Abdullayev prezidentə müraciət edibi. JAM.AZ həmin müraciəti olduğu kimi təqdim edir:

Cənab Prezident, Zati-Aliləri...

Mənim Sizə açıq məktub yazmağa məcbur edən hal, Sizə 35-dən çox məktub ünvanlamağımdır ki, 2 (iki) ildir minlərlə insan həm daxildə, həmdə xarici ölkələrdəki işçilər işsiz qalaraq ədalətli qərar gözləyir. Son zamanlarda dəfələrlə Siz müşavirələrdə, yığıncaqlarda ictimaiyyətlə görüşlərdə dövlət məmurlarını xəbərdar edərək, vəzifələrindən sui-istifadə edib iş adamlarına maneə olmasınlar. Bəzi məmurlar haqqında isə qətiyyətli tədbirlər görməyiniz, onları tənqid edərək tək ölkənin gələcəyini yox, eyni zamanda cəmiyyətin gələcəyini - sapı özümüzdən olan baltalardan qurtarmaq ümidi verdi. Bunlarda dovlət, millət nədə aliliyi yoxdur. Mən bir iş adamı olaraq tək Azərbaycanda yox, dünyanın bir çox ölkələrində fəaliyyət göstərirdim ki, fəaliyyətimdən tək şirkət gəlir götürmürdü, eyni zamanda da başqa şirkətlər, dövlətlər, insanlar bəhrələnirdi. Bizlərə qarşı atılan hər hansı qərəzli addım tək bizə ziyan vurmur, nüfuzumuza xələl gətirmir, eyni zamandada o dövlətlərə ziyan vurur, nüfuzuna xələəl gətirir. Bizlər iş adamı olaraq bəşəriyyətə məxsusuq. Bizlərə harada şərait yaratsalar, ora güvənib o ölkəyə, o ölkənin cəmiyyətinə xidmət edərik, o ölkəyə can atarıq. Getdiyimiz ölkədə diqqət, qayğı görsək dalımızca başqa iş adamlarınıda apararıq, lazım gələndə təminatlar verərik. Amma bizlərə öz ölkəsində göstərilən münasibət, qanunsuz müdaxilə, məmur maraqları, qərəzçilik, ədalətsizlikləri görən xarici iş adamları o ölkəy güvənməz, hətta o ölkədə işləsə, o ölkədən qaçar. Nəticə acı olar, dövriyyə azalar, işsizlik artar, faiz dərəcələri banklarda yüksələr, yaşayıç tərzi kasıblaşar, alıcılıq azalar, pul dəyərini itirər, ölkəni tərk edənlər çoxalar və sair kimi hallar cücərər. Bizlər iqtisadi adamlarıq, siyasi adamlar deyilik. Bizlər müstəqil, sərbəst fəaliyyəti sevirik. Bizlərə qarşı hər hansı qərəzli münasibət, hətta günahımız olsa belə məntiqsizdir. Çünki bizlər vergi ödəyirik, iş yerləri yaradırıq, cəmiyyətə aktiv həyat tərzi veririk, ölkəni dünyaya təqdim edirik, yenilik gətiririk, cəmiyyətin dünya görüşünü, düşuncəsinin dəyişməsində aparıcı rol oynayırıq, yardımlar göstəririk, təhsil verdiririk, müalicə etdiririk, ölkənin iqtisadi cəhətdən inkişaf etməsində iştirak edirik. Bizlərə zor işlədib, həbsə salmaqdansa, bizlər qarşısında işsizliyin aradan qaldırılması, xarici iş adamlarının ölkəyə gətirilməsi öhdəliyini qoymaq daha məqsədyönlü olardı.

Cənab Prezident...

Siz demokratik dəyərlərə sahib rəhbərsiniz. Yəni mövqeyiniz ədalət, mərhəmət, səmimiyyətdir. Biz Sizin son zamanlar xalqa, mətbuat nümayəndələrinə, iş adamlarına müraciət edərək “vəzifələrindən sui-istifadə edən məmurlara qarşı ictimai qınaq olmalıdır” fikirləri, hərkəsi o cümlədən şəxsimidə bunlar haqqında bildiklərimizi ictimai qınağa çevirmək imkanı verdi. Bizlər də təhlükəsizliyimizin təminatçısı kimi Sizə güvənib, bunlarla mübarizə etmək cəsarəti tapıb, dövlətimiz, millətimiz naminə həyatımızla risk edərik. Bu gün artıq bu məmurlar cəmiyyətə, dövlətə qarşı laqeyid, qərəzli, maraqlar çərçivəsində aqresiv mövqedədirlər ki, bunlar üçün insan talehinin, dövlət talehinin dəyəri qalmayıb. Hətta sifarişlə qətl törətməyə qadirdirlər.

Cənab Prezident...

Bizlər vətəndaş olaraq Sizin təminatınız altındayıq. Amma bu məmurlar hər cür ədalətsizliyə qadirdirlər. Çünki bizləri dinləyən bir kəs yoxdur. Onun üçün istədikləri adamın mövqeyini dəyişməklə istədiklərinə nail olurlar. Lazım gələndə isə “bu yuxarının sifarişidir” deyirlər və bizləri ümidsiz, çarəsiz buraxırlar. Bizlərində imkanı yoxdur ki, Sizə sözümüzü çatdıraq. Məktub yazırıq, bütün vasitələrə əl atırıq, lakin mümkün olmur. Bunlar istədikləri kimi hərşeyin qabağını alırlar. Bu cür mövqe yalnız millətə, dövlətə düşmən olanlara aid olar.

Cənab Prezident...

Bizlər Sizin mövqeyinizi səmimi qəbul edirik. Bizlər çox şey bilirik, amma dövlətimiz, dövlətçiliyimiz naminə danışmırıq.

Cənab Prezident...

Azərbaycan demokratik dövlətdir. Qanunları dünyəvidir. Beynəlxalq və Avropa insan hüquqlarına dair konvensiyaya imza ataraq öhdəliklər götürüb. Amma nədənsə qanunun təmsilçiləri qanunlara, ədalətə, hüquqa söykənmirlər. Qanunları özlərinin maraqları çərçivəsində istədikləri kimi, istədikləri adamı məsuliyyətə cəlb edib, əsassız, qanuna zidd, heç bir sübutlara söykənmədiyi halda araşdırmanı özləri istədiyi kimi yazıb, təhdidlə, təzyiqlə əlaqələndirib Məhkəmə hakimləri ilə əlbir olub insanların talehini həll edirlər. İnsanların əlləri heç bir yerə çatmadığı üçün nifrətlə danışanların isə talehini sual altına salırlar.

Cənab Prezident...

Bilirik, Siz təksiniz, amma zaman tarixə çevrilir. Bu məmurların ədalətsizliyinə yalnız Siz tədbir görə bilərsiniz. Bunların əməlləri, haqsızlıqları nəticəsində sayı bilinməyən insanlar ümidsizliyə, çarəsizliyə qapanıb, ailələr dağılır, başsız qalan ailələr çətin vəziyyətə düşür, uşaqlar atasız qalır, iş yerləri bağlanır, iş adamları, o cümlədən sadə insanlar ölkəni tərk edirlər, ölkədə inkişaf dayanır, dövriyyə azalır, dəyərlər dəyərsizləşir. Bizlər vətəndaş olaraq Sizə çox çalışırıq kömək edək, amma nə faydası?! Bu məmurlar maraqları üçün tək dövlətə, cəmiyyətə, Sizə xəyanət etmirlər, bu millətin, bu dövlətin gələcəyini məhv edirlər.

Hörmətli Prezident...

Mən nə xarici fəailyyətimdə, nə daxili fəailyyətimdə məsuliyyət daşıyan vəzifə tutmamışam. Qanunvericilikdə məsuliyyət idarəedici orqan olaraq bütün hallara cavabdeh şəxs sayılır. Məni ittiham edərək faktiki rəhbər kimi öhdəliyi olmayan mülki xarakterli işə qanuna-zidd don geyindirərək şəxsimə 13 il cəza veriblər. Məntiqsiz mövqe, cahil düşüncə, sifarişli yanaşma, qərəzli münasibət, maraqların yırtıcılığı. Məgər 1000-lərlə iş yerləri yaradan, işlədən təşkilatı nəyəsə görə məhv edib. insanları işsiz qoymaq, dövləti vergilərdən məhrum etmək olar? Məgər bu ölkədə faktiki rəhbər tək mənəm? Qanun üstündə duranlardan, məmurlardan hansının malı, mülkü, biznesi yoxdur? Hansı faktiki rəhbər deyil? Əgər istəsəniz hamısının siyahısını, hətta küçələrdəki stol-üstü satış yerlərinidə açıqlaya bilərəm. onda belə çıxır ki, bunların hamısı bu gündə olmasa, gələcəkdə cinayətkar olacaqlar, gələcəkləri olmayacaq, həyatları qara gələcək. Təəsüfedici haldır.

Cənab Prezident...


Bizlər həm dövlətə, həm cəmiyyətə, həmdə bəşəriyyətə lazım olan insanlarıq. Bizlərsiz cəmiyyəti təsəvvür etmək çətindir. Bizlər tək ölkəmizə, cəmiyyətimizə sədaqətli olmarıq, bizlər harada fəaliyyət göstərsək o ölkəyədə, o dövlətədə, o cəmiyyətədə sədaqətli olarıq. Bir milləti dünyaya əvvəl Prezidenti, sonra iş adamları tanıdır. Çünki işadamaları həm cəmiyyətlə işləyir, həm dövlətlə. Məgər dəyərmi hansısa səbəbəsə bizlərin nüfuzuna xələl gətirməyə?! Bütün demokratik, dini, hətta diktatura rejimli ölkələrdə iş adamlarına xüsusi dəyər, diqqət, qiymət verirlər, necə ki, son zamanlar Sizin tərəfinizdən işadamlarına göstərdiyiniz diqqət və qayğı bunun göstəricisidir.

Cənab Prezident...

Sizə bu məğzdə müraciətimi səmimi qəbul edin. Mən bir iş adamı olaraq tək özüm haqda fikirləşmirəm. mənim nəzarət etdiyim şirkət çoxşaxəli olmaqla Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərir. 2 ildir mən həbsdəyəm. bu müddətdə mən fəaliyyətsiz olaraq passiv həyat tərzi sürürəm. Fəaliyyətim dayandırıldığı üçün 1000-lərlə insan işdən çıxarılıblar. Beynəlxalq Bankın, 3 (üç) ildir, mən həbs olunandan sonra isə reketsayağı zorakılığı, işçiləri ümidsiz buraxıb. Mənim əsassız həbs olunmağımdan sonra baş verən ədalətsizlikdən işçilər işsiz qalıb, çətin vəziyyətə düşüblər. Bir qrup məmur “bu ölkə onlara məxsus olmalıdır” düşüncəsi ilə yaşayırlar. Bu cinayətkar dəstə lazım gələndə özlərini yuxarılara bağlayırlar. Əgər məsləhət olsa adlarını açıqlamağa hazıram. Amma təhlükəsizliyimə təminat verildikdən sonra. Bilirəm bu yazıdan sonra mənə qarşı daha aqresiv münasibət olacaq. Amma mən əminəm ki, bir vətəndaş kimi mənim təhlükəsizliyimi təmin edəcəksiniz.

Cənab Prezident...

A.M.A.Y. MMC özəl şirkətdir. Nə dövlət layihələrində iştirak edib, nədə dövlət əmlakını mənimsəyib. Öhdəlikləri müqavilə öhdəliyidir, yəni mülki xarakterlidir. Məmur deyil rüşvət alsın, fəaliyyətində korrupsiya bağlı əməl yoxdur. Amma nədənsə Korrupsiyaya qarşı Mübarizə İdarəsi şəxsimə qarşı cinayət işi başladaraq, ittiham irəli sürüb. Əsassız, qanuna zidd, məntiqsiz, qərəzli, sifarişlə A.M.A.Y.-ın Gənclik meydanındakı yerində gimnasika mərkəzinin tikintisilə bağlı yeni ərazidə tikilən binasının dam örtüyü üçün 3 400 000 (üç milyon dörd yüz min) manat vəsait ayrılmışdır ki, Ulu öndərin ad günü münasibətilə təhvil verib, açılış edim. Verilən vəsait isə geri ödənilərək öhdəlik bitməsinə baxmayaraq şəxsim cəzalandırılmışam. Cinayət işi 2014.03.11 tarixdə başlanıb və mənə ittiham irəli sürülüb. 1 gün sonra səbəb olmadığından 2014.03.12 tarixində İqtisadi İnkişaf Nazirliyi yanında SKMF tərəfindən məktub daxil edərək mənə ictintaq işi başlanılıb. 2012-ci ildə, Texnika Bank götürülən kreditlərin bağlanmasına baxmayaraq, 2014.03.11 tarxində Texnika Bankla bağlı cinayət işi açılıb.

Hörmətli Prezident...

10-larla belə qanunazidd, sui-istifadə, qərəz, zorakılıq - bunları ətraflı yazmıram. Əminəm ki, ədalət naminə göstərdiklərimdə bəs edər.

Cənab Prezident...

Kredit götürmə, tək özəl şirkətlərə aid deyil. Eyni zamanda dövlətlər belə müqavilə bağlamaqla kredit ala bilər. Çox təəssüf edirəm ki, demokratik, hüquqi dəyərlərə sahib ölkədə təminatlı, mülkiyyətə sahib öhdəlikləri bitən, işçi işlədən, vergi ödəyən, iş yerləri yaradan bir şirkəti qəsdlə, qərəzli, məhdudla, təzyiqlə məhv edirlər özgə hüquq təmsilçiləri. Məgər bu dövlətə, bu millətə, hakimiyyətə xəyanət deyilmi? Onların nüfuzuna, qəsdlə xələl gətirilmirmi? Məgər bunlar qaydada həll olunmalı işə, cinayət işi açmaqla ölkənin iş dünyasını, iqtisadi inkişafını məhv etmək deyilmi? Məgər bu Sizin dediyiniz kimi dövlətə xəyanət deyilmi? Məgər bunlar üçün qanun yoxdur, məgər bunlar üçün dövlət, millət, dəyərlər yoxdurmu? Məgər biz hüquqi dövlətdə yaşamırıq? Bir ölkənin işadamı həbs olunur, öhdəliklər, məsuliyyət olmayan bir insana qarşı bu qədər təzyiq olunur, hamı susur. Hər kəs “yuxarı ilə məsələnizi həll edin” deyirlər, amma Necə - demirlər... Göndərilən məktublar çatmır. Onun üçün Sizin televiziyada çıxışınız zamanı qeyd etdiyiniz fikirdən sonra ki, “Mənə çox məlumatlar çatmır, mən çox məlumatı mətbuatdan alıram” sözləri məni məcbur etdi ki, mən Sizə açıq məktub yazam ki, bəlkə bu özbaşınalığın, hərci-mərcliyin, ədalətsizliyin qarşısı alına.

Cənab Prezident...

Bu yırtıcılar bir ölkənin dünyada tanınmış işadamını bu cür təzyiqlərə məruz qoyurlarsa, görün məzlum insanları nə vəziyyətə qoyurlar. Bunlar yalnız Sizə xəyanət etmir, bunlar özlərinədə xəyanət edirlər, millətin gələcəyinədə xəyanət edirlər. Mən əminəm ki, bu özbaşınalığa son qoyacaqsınız.

Cənab Prezident...

Azərbaycanda elə şirkətlər varki, 300 000 000 (üç yüz milyon), 500 000 000 (beş yüz milyon), 1 300 000 000 (bir milyard üç yüz milyon) kredit götürüblər ki, təminatlarıda yox dərəcəsindədir, müddətləridə keçib. Hamısının dalında məmurlar dayanıb. Onda soruşarlar, nə səbəbə onlardan tələb olunması üçün cinayət işi açılmır, həbs olunmur, amma mənim heç bir məsuliyyətim olmadan, öhdəliyim olmadan mənə 13 il cəza verilir. Bu nədir, nə baş verir, kimdir maraqlı, kimdir ölkəyə, dövlətə, millətə xain, kimdir bu qədər qanunu pozan, ona zidd gedən, bəs biz deyirik ki, biz hüquqi dövlətdə yaşayırıq. Siz dəfələrlə bu özbaşınalığa son qoymağı, qınayıb, tənqid edib, son qoymaqlarını tələb etmisiniz. Onda deməli bunlar üçün “Ali” heç nə yoxdur.

Cənab Prezident...

Bu krizis dövründə, bunların qarşısını yalnız Siz ala bilərsiniz. Bizlər, ümidin itirənlər yalnız Sizə inanırıq ki, bunları cəzalandıracaqsınız. Çünki bu Allahada xoş gedər. Bnların nə imanı, nə dini, nədə Allahı var. Bunlar insan cilidində iblisdirlər. Onların nə bu dünyası var, nə də o dünyası.

Cənab Prezident...

Mən çox iradəli adamam. Sağlam sağlığa sahibəm. Mənim sağlamlığımı üç xarici həkimlər nəzarətdə saxlayır. Heç bir şikayətim yoxdur. Ruhi xəstə deyiləm. Həbsxana həyatını elə düşünürəm ki, məzuniyyətdəyəm. Çoxlu dostlar tapmışam. Hər cür penitensiar xidmət tərəfindən təzyiq, hüquqlarım pozulsada, dustaq həyatı sürürəm. buradan heç kim siğortalanmayıb. Kimisi haqsız, kimisi haqlı. İntihar mənim düşüncəmə yaddır. Ölkənin Prezidenti kimi, necə çıxışlarınızın birində dediyiniz kimi, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözləri bizlərə əminlik verir ki, Siz bizlərin bu yırtıcılardan təhlükəsizliyimə təminat olacaqsınız və Sizə bu diqqət üçün qabaqcadan öz minnətdarlığımı bildirirəm.

Hörmətli Prezident... Mənim həyat ərzim aktivliyimə bağlıdı. Özüm üçün şəxsi həyat yaşamamışam. Hər zaman dövlətim, dövlətçiliyim, ölkəm üçün yaşamışam. Sizin son zamanlar işadamlarına diqqət və qayğınız, o cümlədən müraciətiniz işadamlarına ümid gətirdi. Hal-hazırda mənim məhkəmə işim son mərhələdədir. Yəni Ali məhkəmənin məhkəmə baxışındadır. Əvvəlki məhkəmə instansiyalarında, yəni - ağır cinayətlər və appelyasiya məhkəməsində heç bir araşdırma aparmadan, 60 (altmış) məhkəmə, hər məhkəmə 15-25 dəqiqə çəkməklə mülki xarakterli işə, cinayət xarakterli baxaraq, şəxsimə 13 il azadlıqdan məhrum edirlər. Eyni halı Appelyasiya məhkəməsidə araşdırma aparmadan, 13 ili təsdiq etdi. Hər dəfə vəkilim, şəxsim diyəndəki, “mülki işə cinayət işi kimi baxmaq qanuna ziddir”, cavab eyni olurdu - “gedin məsələnizi yuxarılarda həll edin”. Yaxşı onda deyin, hüquq nədən ötəridir?

Cənab Prezident...

Mən bir işadamı olaraq, dünya biznes aləmində tanınan və güvənilən mövqeyə sahibəm. Bu gün ölkə üçün, ölkədə iş yerlərinin yaradılması üçün, fəaliyyət göstərməyə malikəm. bu gün dünyada gedən krizis dövründə, ölkə iqtisadiyyatının inkişafında, iş yerlərinin yaradılmasında işyirak etməyi özümə borc bilirəm. Amma mənim kimilərin həbsdə saxlanılması həm xarici işadamlarını, həmdə daxili işadamlarını ölkəmizə güvənib sərmayə qoymaqdan çəkindirir.

Cənab Prezident...

Mən məcbur olub, Sizə açıq məktub yazdım. Mən günahsız məhkumam. Amma bu ölkənin vətəndaşıyam. Mən əminəm ki, yazdığım səmimi məktuba görə mənim mövqeyimə fərqli qiymət verəcəksiniz və məni bu məmurların sifarişlərindən, məhdudiyyətlərindən, təzyiqlərindən, təhlükəsindən müdafiə edəcəksiniz.

Möhtərəm Prezident, Zati-Aliləri... Mənimlə bağlı baş verən mövqedə və həm ilkin istintaq zamanı, həm məhkəmə istintaqı zamanı qərəzli münasibətə dəfələrlə televiziyada çıxışlarınız zamanı qeyd etdiyiniz kimi, Ədalət naminə münasibət bildirməklə ədalətin bərqərar olması üçün göstəriş verməyinizə əminəm və 1000-lərlə insanların gələcəkdə işlə təmin olunmasını nəzərə alıb köməklik göstərməyinizi xahiş edirəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...