Sürücüləri yeni cəza gözləyir

Sürücüləri yeni cəza gözləyir


Ötən ilin dekabrında Milli Məclis tərəfindən qəbul edilən və bu il martın 1-dən qüvvəyə minən Yeni İnzibati Xətalar Məcəlləsində dərman qutusunun olmamasına görə sürücüləri 10 manat cərimə gözləyir.

GUNDEMİNFO.AZ xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 356.1-ci maddəsində qeyd olunur ki, xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə 10 manat miqdarında cərimə nəzərdə tutulur. Bundan əvvəl isə eyni xətaya görə 3 manatdan 5 manata qədər cərimə nəzərdə tutulurdu.

Qeyd edək ki, əvvəllər yol polisi əməkdaşları aptekçəyə görə cərimə tətbiq etməyə o qədər də həvəsli olmasalar da, artıq son günlər dərman qutusu olmayan nəqliyyat vasitələrini idarə edən sürücülərin cərimələnməsi hallarına rast gəlinir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...